info@veten-ugrunda.az
 
ŞƏHİD GİZİRİN MEDALI TOVUZDA AİLƏSİNƏ TƏQDİM OLUNUB
Tarix: 24-05-2016 14:54   |  Müəllif: admin |  Baxılıb: 1772

Azərbaycan Ordusunun ötən ay cəbhədə ermənilərlə döyüşdə şəhid olan giziri Mirsalam Cəfərovun ölümündən sonra təltif olunduğu "İgidliyə görə" medalı anadan olduğu Tovuz rayonunda ailəsinə təqdim olunub.

Mərasimdə rayon İcra Hakimiyyətinin rəhbərliyi, Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik Abdulla Qurbani, şəhidin ailə üzvləri və içtimayət nümayəndələri iştirak edib.
Çıxış edənlər Mirsalam Cəfərovun döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan, onun qorxmazlığından söz açıblar. Valideynləri belə qəhrəman övlad böyütdükləri üçün fəxr etdiklərini bildiriblər. Şəhidin təltif olunduğu medal atası Təvəkkül Cəfərovun yaxasına asılıb.

Övladı ilə qürur duyduğunu bildirən şəhid atası özü və oğlu Mirhəşimlə hər zaman döyüşə hazır olduğunu bildirib.

ŞƏHİD GİZİRİN MEDALI TOVUZDA AİLƏSİNƏ TƏQDİM OLUNUB
ŞƏHİD GİZİRİN MEDALI TOVUZDA AİLƏSİNƏ TƏQDİM OLUNUB
ŞƏHİD GİZİRİN MEDALI TOVUZDA AİLƏSİNƏ TƏQDİM OLUNUB
ŞƏHİD GİZİRİN MEDALI TOVUZDA AİLƏSİNƏ TƏQDİM OLUNUB
ŞƏHİD GİZİRİN MEDALI TOVUZDA AİLƏSİNƏ TƏQDİM OLUNUB










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX