info@veten-ugrunda.az
 
ORDUMUZUN KAPİTANI ŞƏHİD NƏCMƏDDİN AKİF OĞLU SAVALANOV DƏFN EDİLİB
Tarix: 11-05-2016 11:14   |  Müəllif: admin |  Baxılıb: 3705

ORDUMUZUN KAPİTANI ŞƏHİD NƏCMƏDDİN AKİF OĞLU SAVALANOV DƏFN EDİLİBKapitan Nəcməddin Akif oğlu Savalanov doğulduğu İmişli rayonunun Göbəktala kənd məzarlığında dəfn edilib.

Dəfn mərasimində Müdafiə Nazirliyinin əməkdaşı polkovnik Abdulla Qurbani, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Milli Məclisin deputatları, ictimai xadimlər, İmişli rayon icra hakimiyyətinin rəsmiləri, kənd sakinləri, həmçinin şəhid zabitin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, rayon ictimaiyyəti iştirak edib. Şəhidin tabutuna bükülmüş Azərbaycan bayrağı şəhidin qardaşına təqdim edilib. Dəfn törənində polkovnik Abdulla Qurbanı kapitana təltif olunan “İgidliyə görə” medalı şəhidin oğul övladının sinəsinə taxıb. Şəhidin qız övladları atalarının tabutu önündə şeir söyləyib. Şəhidin tabutu məzarlığa təşviqat avtobusunda quraşdırılan “Bayraqtəpə” musiqi marşı sədaları altında aparılıb. Minlərlə sakinin iştirak etdiyi dəfn mərasimində çıxış edən polkovnik Abdulla Qurbani kapitan Nəcməddin Savalanovun Talış yüksəkliyi uğrunda döyüşlərdə yaralandığını bildirərək qeyd edib ki, Nəcmədin kimi oğulları olan vətən basılmaz.
Şəhid zabit yaylım atəşləri altında son mənzilə yola salınıb.

Xatırladaq ki, aprelin 2-də təmas xəttində gedən döyüşlərdə ayağından və çiynindən ağır güllə yarası alan kapitan Nəcməddin Savalanov mayın 8-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında dünyasını dəyişib. Şəhid kapitan 3 övlad (iki qız, biri oğlan) atası olub. Allah rəhmət eləsin!

ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

DİGƏR SORĞULARA BAX