info@veten-ugrunda.az
 
ŞƏHİD HƏRBİÇİNİN TƏLTİF OLUNDUĞU MEDAL AİLƏSİNƏ TƏQDİM EDİLİB
Tarix: 08-05-2016 10:52   |  Müəllif: admin |  Baxılıb: 1461

ŞƏHİD HƏRBİÇİNİN TƏLTİF OLUNDUĞU MEDAL AİLƏSİNƏ TƏQDİM EDİLİBAzərbaycan silahlı qüvvələrinin kiçik çavuşu Zeynalov Elmir Sərxan oğlunun ölümündən sonra təltif olunduğu "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal ailəsinə təqdim edilib.

Təqdimat mərasimi şəhidin doğulduğu Goranboy rayonunun Əhmədabad kənd orta məktəbində keçirilib.

Tədbirdə Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik Abdulla Qurbani, rayon İcra Hakimiyyətinin əməkdaşları, kənd sakinləri və şəhid Elmir Zeynalovun hərbçi dostları iştirak edib.

Müdafiə Nazirliyinin rəsmisi çıxış edərək şəhid Elmir Zeynalovun döyüş yolundan danışıb. Polkovnik həmçinin ötən ay Azərbaycan ordusunun cəbhədə əldə etdiyi uğurlardan danışaraq şəhidlərin qanının yerdə qalmayacağını, tezliklə işğal altında olan torpaqların azad ediləcəyini bildirib.

Digər çıxış edənlər də Elmir Zeynalovun igidliyindən söz açaraq onun xatirəsinin daima əziz tutulacağını deyiblər. Bildirilib ki, Elmir 90-cı illərin əvvəllərində şəhid olan əmisinin qisasını almaq üçün hərb sənətini seçib və xidmət etdiyi dövrdə düşmənin onlarca canlı qüvvəsini və texnikasını məhv edib.

Vətənpərvərlik mövzusunda səslənən musiqilərlə davam edən tədbir şəhidin məzarının ziyarəti ilə sona çatıb.

Qeyd edək ki, ailənin tək ovlan övladı olan 22 yaşlı Elmir Zeynalov bu ilin fevral ayında Goranboy rayonu ərazisində düşmənin təxribat diversiya cəhdinin qarşısını alan zaman şəhid olub.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX