info@veten-ugrunda.az
 
Bu gün Şəhid Ülvin Cəmaləddin oğlunun dəfn mərasimi keçirilib
Tarix: 12-04-2016 00:02   |  Müəllif: admin |  Baxılıb: 2944

Bu gün Şəhid Ülvin Cəmaləddin oğlunun dəfn mərasimi keçirilibBu gün Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində şəhid Məmmədov Ülvin Cəmaləddin oğlunun dəfn mərasimi keçirilib.

DogruXeber.com xəbər verir ki, mərasimdə Laçın rayon İcra Hakimiyyətinin başçısını əvəz edən Aqil Nəzərli, Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Xocəvənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, millət vəkilləri Mahir Abbaszadə, Aqil Abbas, Müdafiə Nazirliyinin rəsmiləri, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və minlərlə rayon sakini iştirak edib.

Qeyd edək ki, Ülvin Cəmaləddin oğlu Məmmədov 1 yanvar 1996-cı ildə Laçın rayon Qarakeçdi kəndində doğulub. 2013-cü ildə Qarakeçdi kənd 1 saylı tam orta məktəbini bitirib həqiqi hərbi xidmətə çağırılmışdı. Dəfələrlə idmanın sərbəst güləş növü üzrə Azərbaycan çempionu olmuş, fəxri fərmanlarla təltif olunmuşdur. 2016-cı il aprel ayının 1-i həqiqi hərbi xidmətini başa burmuşdur. Elə həmin gün səhər saatlarında komandiri təxris olunan əsgərləri sıraya düzüb və soruşub:

- Siz azadsınız. Evinizə, ailənizin yanına gedə bilərsiniz. Əgər kim müddətdən artıq hərbi xidmət keçmək istəyirsə bir addım irəli çıxsın.

Ülvin irəli çıxmış və demişdir:

- Komandir, mən Laçına, Qarabağa qayıdana kimi sizinləyəm. Vətən uğrunda şəhid olmaq arzusundayam.
Komandir:
- Kürd balası, bildim ki, sən bizimlə qalacaqsa.

Elə həmin gün Murov dağından enib Tərtər, Talışdağa yola düşür. Ülvin sərrast snayper nişancısı idi.
5 aprel 2016-cı ildə Tərtər, Talışdağ uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olmuşdur. - See more at: http://dogruxeber.com/gundem/8074-bizimle-qalacaqsan.html#sthash.2fyKpGZ5.dpuf











 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX