info@veten-ugrunda.az
 
ŞƏHİD ƏSGƏROV TƏBRİZ HAMLET OĞLU DOĞMA KƏNDİNDƏ DƏFN OLUNDU
Tarix: 11-04-2016 13:23   |  Müəllif: admin |  Baxılıb: 2444

ŞƏHİD ƏSGƏROV TƏBRİZ HAMLET OĞLU DOĞMA KƏNDİNDƏ DƏFN OLUNDUQoşunların təmas xəttində erməni təxribatının qarşısını alarkən şəhid olmuş Azərbaycan Ordusunun müddətdən artıq hərbi xidmət edən əsgəri çavuş Əsgərov Təbriz Hamlet oğlu Şəmkir rayonunun Morul kəndində dəfn edilib.

AZƏRTAC xəbər verir ki, dəfn mərasimində rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov şəhid əsgərin ailəsinə başsağlığı verib, Azərbaycan Ordusunun düşmənə endirdiyi sarsıdıcı zərbədən söz açıb. Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin rəis müavini Novruzəli Orucov, Müdafiə Nazirliyinin idarə rəisi, general Rasim Əliyev, Milli Məclisin deputatları Sona Əliyeva və Sahibə Qafarova çıxışlarında ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla döyüşən Azərbaycan əsgərinin şücaətini yüksək qiymətləndiriblər.

Şəhidin atası Hamlet Əsgərov övladının vətən uğrunda şəhid olmasından qürur duyduğunu dilə gətirib. Yaxınları Təbrizi vətənsevər, mərd, cəsur bir gənc kimi tanıdıqlarını bildiriblər.

Çıxış edən hərbçilər də şəhidlik zirvəsinə ucalan əsgərin döyüş tapşırıqlarını layiqincə yerinə yetirdiyini diqqətə çatdırıblar.

Şəhid əsgər yaylım atəşi altında Şəmkir şəhərindəki qəbiristanlıqda dəfn edilib. Tabut üzərindəki üçrəngli Azərbaycan bayrağı şəhidin atasına təqdim edilib.











 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX