info@veten-ugrunda.az
 
"QARABAĞ AZƏRBAYCANDIR! " DEVİZİ ALTINDA İNTERNET MÜSABİQƏSİ
Tarix: 24-12-2020 17:46   |  Müəllif: admin |  Baxılıb: 4714



"Qarabağ Azərbaycandır!" devizi altında internet müsabiqəsi ölkəmizdə və dünyada Azərbaycan əsgərinin qəhrəmanlığını, eləcə də mülki vətəndaşlar tərəfindən düşmən üzərində qələbənin əldə edilməsində və işğal olunmuş torpaqların azad olunmasında göstərdikləri yardım və hərtərəfli dəstəyi təbliğ etmək məqsədi ilə keçirilir.

1. MÜSABİQƏNİN MƏQSƏDİ:


1.1. İşğal olunmuş torpaqların azad edilməsi uğrunda canlarından keçmiş döyüşçülərin igidliklərinin təbliği və xatirəsinin əbədiləşdirilməsi;
1.2. Yaralı və əlillərin göstərdiyi igidliklərin təbliği, sosial qayğılarına və problemlərinə diqqətin cəlb edilməsi;
1.3. 1.3. Düşmən üzərində qələbəyə öz töhfəsini verən ayrı-ayrı şəxslərin, ictimai təşkilatların və könüllülərin fəaliyyətinin təbliği;
1.4. Vətən müharibəsi zamanı yazılan və hazırlanan Vətən müharibəsinə həsr olunmuş mahnı, video çarx, şeir, poema, xülasə və plakatların təbliği.

2. MÜSABİQƏNİN NOMİNASİYALARI VƏ PROQRAMI:


2.1. Müsabiqənin nominasiyaları:
2.1.1. Vətən və müharibə haqqında mahnılar.
Bu nominasiyaya Qarabağa, Vətən müharibəsi Qəhrəmanlarına, Vətənimiz-Azərbaycanın müdafiəsi naminə ayağa qalxan Azərbaycan xalqına və Azərbaycan Ordusuna həsr olunmuş mahnılar aiddir;
2.1.2. Vətən və müharibə haqqında video çarxlar.
Bu nominasiyaya Qarabağa, Vətən müharibəsi Qəhrəmanlarına, Vətənimiz-Azərbaycanın müdafiəsi naminə ayağa qalxan Azərbaycan xalqına, Azərbaycan Ordusuna həsr olunmuş video çarxlar aiddir;
2.1.3. Vətən və müharibə haqqında şeir və poemalar.
Bu nominasiyaya Vətən müharibəsi Qəhrəmanları, müharibə anları, döyüş zamanı hərbi qulluqçuların qəhrəmanlığı, döyüş zamanı qarşılıqlı kömək və fədakarlığı, döyüş əməliyyatları rayonunda həkimlərin və mülki heyətin əməyi, Vətən, Ordu və s. haqqında şeir və poemalar aiddir;
2.1.4. Müharibə qəhrəmanları haqqında xülasə (arxa cəbhədə çalışan işçilər).
Bu nominasiyaya Vətən müharibəsi Qəhrəmanları, müharibənin ibrətli və ya gülməli əhvalatları haqqında əsgər hekayələri, əsgərlərin qarşılıqlı kömək və fədakarlığı, döyüş əməliyyatları rayonunda həkimlərin və mülki heyətin əməyi, işğaldan azad olunmuş torpaqlar haqqında xülasə və hekayələr aiddir;
2.1.5. Vətən və müharibə haqqında plakat və foto şəkillər.
Bu nominasiyaya Vətən müharibəsi həqiqətlərini və xalqın əhval-ruhiyyəsini əks etdirən hərbi-vətənpərvərlik mövzusunda plakat və bukletlər aiddir. Eləcə də döyüşdə və istirahət zamanı hərbi qulluqçuların foto şəkilləri, Vətən müharibəsi ilə əlaqəli foto şəkillər, müharibə uşaqlarının və düşmən üzərində qələbəyə öz töhfəsini verən mülki əhalinin foto şəkilləri aiddir;
2.1.6. Hərbi-vətənpərvərlik saytları və sosial şəbəkələrdə səhifələr.
Bu nominasiyada hərbi-vətənpərvərlik saytları və sosial şəbəkələrdəki səhifələr haqqında informasiya materialları yerləşdirilir. Müsabiqəyə təqdim olunan materiallarda müharibə zamanı sayt və sosial şəbəkələrdə səhifələrin administratorları tərəfindən görülən işlər haqqında qısa məlumat verilməlidir;
2.1.7. Müharibə dövründə fəal işləyən könüllülər təşkilatları.
Bu nominasiyada könüllülər təşkilatların fəaliyyətinə dair materiallar yerləşdirilir: foto şəkillər və onlar haqqında qısa məlumat.
2.2. Müsabiqə iştirakçılarının işləri 15 yanvar 2021-ci il tarixinədək qəbul olunur.
2.3. Səsvermə 22 - 30 yanvar 2021-ci il tarixinədək www.veten-ugrunda.az saytında keçirilir.
2.5. Səsvermənin nəticələri ilə protokol 01 fevral 2021-ci il tarixində www.veten-ugrunda.az saytında yerləşdirilir və hər nominasiya üzrə qaliblər elan olunur.

3. İŞTİRAK ETMƏK ÜÇÜN SİFARİŞİN VERİLMƏ QAYDALARI:


3.1. Müsabiqədə yaşadığı yerdən və yaş həddindən asılı olmayaraq iştirakçılar iştirak edə bilərlər.
3.2. Müsabiqədə iştirak üçün iştirakçılar aşağıda göstərilən ünvanlarda qeydiyyat sifarişi verə bilərlər:
- Gəncə şəhəri Nizami Gəncəvi prospekti, 56 ünvanında yerləşən Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzində;
- Müsabiqənin elektron poçt ünvanına musabiqe@veten-ugrunda.az məktub şəklində göndərə bilərlər.
3.3. Sifarişlərə baxıldıqdan və qeydiyyata alındıqdan sonra iştirakçıların e-poçtuna qeydiyyat haqqında məktub göndərilir.
3.4. Müsabiqə təşkilatçılarından qeydiyyat məktubu aldıqdan sonra, iştirakçı öz əsərlərinin video (foto, audio) faylını müsabiqənin elektron poçt ünvanına göndərməlidir;
3.5. İştirakçıların yaratdığı mahnı, şeir, poema, xülasə, foto şəkil, video çarx və plakatlar www.veten-ugrunda.az saytında yerləşdirilir.

4. MÜNSİFLƏR HEYƏTİ VƏ SƏSVERMƏ QAYDASI:

4.1. Münsiflər heyətinin hüquqları:
4.1.1. Müsabiqəyə təqdim olunan bütün işlərin qeydiyyatdan keçirilməsinə və səsvermədə iştirak etmək üçün www.veten-ugrunda.az saytında yerləşdirilməsinə nəzarət edirlər;
4.1.2. Müəyyən edilmiş səsvermə qaydalarının pozulmamasına nəzarət edirlər;
4.1.3. İştirakçı səsvermə üçün xüsusi proqramlardan istifadə etdiyi təqdirdə həmin iştirakçını səsvermədən kənarlaşdırmaq hüququna malikdir.
4.1.4. Əlavə həvəsləndirici mükafatlar təyin etmək;
4.1.5. Müsabiqəyə daxil olan bütün şikayət və təkliflərə baxırlar;
4.2. www.veten-ugrunda.az saytında (pulsuz) səs vermə 22 yanvar 2021-ci il tarixindən 30 yanvar 2021-ci il tarixinədək həyata keçirləcək, azarkeşlər sevimli iştirakçıları üçün hər gün yalnız (1) bir dəfə səs verə bilərlər.
4.3. Ən çox səs toplayan iştirakçılar müsabiqənin qalibləri hesab edilir ;
4.4. 01 fevral 2021-ci il tarixində səsvermə nəticələri açıqlanır və hər nominasiya üzrə qaliblər elan edilir.

5. MÜSABİQƏNİN TƏSİSÇİLƏRİ VƏ TƏŞKİLATÇILARI:


5.1. Müsabiqənin təsisçisi: Azərbaycan Respublikası Müdafiə Nazirliyi.
5.2. Müsabiqənin təşkilatçısı: Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi.


6. İNFORMASİYA DƏSTƏYİ:


6.1. Müsabiqənin informasiya dəstəyi Müdafiə Nazirliyinin Mətbuat Xidməti tərəfindən təsdiqlənmiş siyahıya əsasən kütləvi informasiya vasitələri tərəfindən həyata keçirilir.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX