info@veten-ugrunda.az
 
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN DOĞUM GÜNÜNƏ HƏSR EDİLMİŞ TARİXİ VİKTORİNANIN KEÇİRİLMƏSİ HAQQINDA ƏSASNAMƏ
Tarix: 16-02-2017 10:40   |  Müəllif: admin |  Baxılıb: 1388

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN DOĞUM GÜNÜNÜN
94-CÜ İLDÖNÜMÜNƏ HƏSR EDİLMİŞ HƏRBİ QULLUQÇULAR,
TƏLƏBƏLƏR VƏ ŞAGİRDLƏR ARASINDA
TARİXİ VİKTORİNANIN KEÇİRİLMƏSİ HAQQINDA
ƏSASNAMƏ


Tarixi viktorina ümummilli lider Heydər Əliyevin doğum gününün 94-cü ildönümünə həsr edilir və Azərbaycanın qərb bölgəsinin hərbi qulluqçuları, tələbələri və şagirdləri arasında keçirilir.

1. VİKTORİNANIN MƏQSƏDİ:


1.1. Milli tariximizin və mədəniyyətimizin təbliğ edilməsi;
1.2. Müstəqil Azərbaycanın quruluşunda və inkişafında ümummilli lider Heydər Əliyevin yolunun təbliğ edilməsi;
1.3. Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi, Azərbaycan sərkərdələrinin və Milli qəhrəmanlarının döyüş təcrübələrinin təbliğ edilməsi;
1.4. Gənclərin mədəni asudə vaxtının təşkili.

2. QEYDİYYAT QAYDASI:


2.1. Tarixi viktorinada yaşayış yerindən (hərbi hissənin yerləşdiyi yerdən) və iştirakçıların yaşından asılı olmayaraq 6 nəfərdən ibarət komanda (4 əsas və 2 ehtiyat tərkib) iştirak edə bilər.
2.2. Komanda tərkibinin qeydiyyatdan sonra dəyişilməsi qadağandır;
2.3. Komandaların qeydiyyatı 10 fevral 2017-ci il tarixdən 25 fevral 2017-ci il tarixədək aparılır;
2.3.1. Hərbi qulluqçulardan ibarət komandaların qeydiyyatı hərbi hissə komandirinin imzası ilə Mənəvi - Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi adına sifariş təqdim etməklə aparılır;
2.3.2. Tələbə və şagirdlərdən ibarət komandaların qeydiyyatı tədris müəssisəsinin rəhbəri tərəfindən təsdiq edilmiş Gəncə Qarnizonu Zabitlər Evinin rəisi adına sifariş təqdim etməklə Gəncə Qarnizonu Zabitlər Evində, Gəncə şəhəri, Nizami Gəncəvi prospekt 56 ünvanında aparılır;
2.4. Qeydiyyat bitdikdən sonra 27 fevral 2017-ci il tarixdə çıxış ardıcıllığını və komanda rəqiblərini müəyyən etmək üçün püşkatma keçiriləcək.

3. VİKTORİNANIN KEÇİRİLMƏ QAYDALARI:


3.1. Viktorinanın hər oyununda 4 komanda iştirak edir. Oyuna başlamazdan əvvəl suallara cavab verməyin ardıcıllığını müəyyən etmək üçün püşk atılır və püşkatmanın nəticələrinə əsasən komandalar masalarda yerlərini tuturlar;
3.2. Viktorinanın sualları məlumat tablosunda çətinliyinə görə 10 baldan 50 baladək aşağıdakı mövzularda yerləşdirilmişdir:
3.2.1. Ümummilli lider H. Əliyevin həyat və yaradıcılığı;
3.2.2. Azərbaycanın hərb tarixi;
3.2.3. Azərbaycan tarixi.
3.3. Maksimal xal toplayan komanda sonrakı tura keçid alır;
3.4. Komanda viktorina sualına düzgün cavab vermədikdə, komanda azarkeşləri suala cavab verə bilər, azarkeş suala düzgün cavab verdikdə sual xalının 50% komandaya yazılır.
3.5. Birinci tur 01 mart 2017-ci il tarixdən 15 mart 2017-ci il tarixədək keçiriləcək;
3.6. Öz oyunlarında qalib gələn komandalar 01 aprel 2017-ci il tarixdə keçiriləcək ikinci tura keçid alırlar;
3.7. Yarımfinal oyunları 20 aprel 2017-ci il tarixdə keçiriləcək;
3.8. Final oyunu 4 may 2017-ci il tarixdə keçiriləcək.

4. ÇIXIŞLARIN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ QALİBLƏRİN MÜKAFATLANDIRILMASI QAYDALARI:


4.1. Viktorina iştirakçılarının cavablarının düzgünlüyü və tamlığı 3 nəfərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilir;
4.2. Münsiflər heyətinin tərkibinə tarix müəllimləri və Zabitlər Evinin nümayəndəsi daxildir;
4.3. Viktorinanın finalçıları finala çıxmış lakin final oyununda maksimal xal toplamamış komandalar hesab edilir;
4.4. Viktorinanın qalibi final oyununda maksimal xal toplamış komanda hesab edilir;
4.5. Viktorina qalibinin və finalistlərin mükafatlandırılması 10 may 2017-ci il tarixdə ümummilli lider Heydər Əliyevin doğum gününün 94-cü ildönümünə həsr edilmiş təntənəli tədbirdə keçiriləcək.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX