info@veten-ugrunda.az
 
HÜSEYNOV ƏFQAN QARAXAN oğlu
Tarix: 09-09-2015 19:44   |  Müəllif: admin |  Baxılıb: 1838

HÜSEYNOV ƏFQAN QARAXAN oğlu
24 fevral 1963-cü ildə Bakı şəhərində dünyaya göz açmışdır. 1970-ci ildə 109 saylı orta məktəbə getmiş və 1978-ci ildə səkkizinci sinfi bitirib C.Naxçıvanski adına Hərbi Litseyə daxil olmuşdur. Litseydə təhsilini başa vurduqdan sonra, Bakı Ümumqoşun Komandirlər məktəbinə qəbul olunmuşdur. 1984-cü ildə bacarıqlı zabit kimi təyinatla Simferopol şəhərinə göndərilir. 1985-ci ildən 1987-ci ilə qədər Əfqanıstanda gedən döyüşlərdə iştirak edir, bir neçə dəfə ağır yaralanır. Göstərdiyi şücaətlərə görə orden və medallarla təltif edilir. Əfqanıstandan qayıdandan sonra xidmətini Zaqafqaziya Hərbi Dairəsində davam etdirmişdir. Ə..Hüseynov 1988-ci ildə Bakıya qayıtmış və vaxtilə oxuduğu C.Naxçıvanski adına Hərbi Litseydə birinci rotanın komandiri təyin edilmişdir. 1991-92-ci illərdə Milli Təhlükəsizlik Nazirliyində işləmişdir. Elə həmin ilin yanvar ayında Milli Qvardiyada xidmətə başlamışdır. O, Milli Qvardiyanın tərkibində alay komandiri kimi, fasiləsiz olaraq döyüş əməliyyatlarına başçılıq etmişdir. Cəsur komandirin başçılığı ilə düşmənin xeyli qüvvəsi məhv edilmiş, silah-sursat ələ keçirilmişdir.

1992-ci ilin noyabrın 1-i... Əfqan Hüseynovun son döyüşü... Qubadlı rayonunun Səfiyan və Quşçular kəndlərinin müdafiəsi zamanı o, qəhrəmancasına həlak oldu.

Ailəli idi. Bir qızı yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Hüseynov Əfqan Qaraxan oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

C.Naxçıvanski adına Litseydə və Milli Qvardiya Qərargahında büstü qoyulmuşdur. Xətai rayon Gənclər Təşkilatı onun adına əlaçı təqaüdü təsis etmişdir.











 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX