info@veten-ugrunda.az
 
HÜSEYNOV TOFİQ MİRSİYAB oğlu
Tarix: 09-09-2015 19:42   |  Müəllif: admin |  Baxılıb: 3515

HÜSEYNOV TOFİQ MİRSİYAB oğlu
19 aprel 1954-cü ildə Xocalı şəhərində doğulmuşdur. 1961-ci ildə burada birinci sinfə getmiş və 1971-ci ildə onuncu sinfi bitirmişdir. Ağdam şəhərindəki Kənd Təsərrüfatı Texnikumunun mexanizasiya fakültəsini bitirdikdən sonra, 1974-cü ildə Sovet Ordusu sıralarına çağırılmışdır. 1976-cı ildə hərbi xidmətini Qazaxıstan Respublikasının Alma-Ata şəhərində başa vurmuşdur. Sonra, Xocalı şəhər orta məktəbində hərbi hazırlıq müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. Məktəbdə işlədiyi müddətdə kapitan rütbəsinəcən yüksəlmişdir. 1991-ci ildə Xocalı ərazi özünümüdafiə batalyonunun təşkilatçılarından biri kimi o, taborun komandiri təyin edilmişdir. Meşəli kəndi uğrunda gedən döyüşdə onun taboru onlarla erməni yaraqlısını məhv etməyə müvəffəq olmuşdu. O, rayonda “Mixaylo” ləqəbi ilə tanınırdı. Ermənilər Naraguğ kəndindən tez-tez Xocalını top atəşinə tuturdu. O, düşmənin bu strateji top-batareya nöqtəsini susdurdu. Onun dönməz səyi nəticəsində Mehdikənd kəndinin fermasında yerləşən erməni quldurlarının artilleriyası, “Alazan” qurğusu sıradan çıxarılmış, ferma darmadağın edilmişdi. Bununla yanaşı, on nəfər erməni yaraqlısı əsir götürülmüşdü. Bu əməliyyata görə Tofiq Hüseynova mayor rütbəsi verildi. 26 fevral 1992-ci il... O, döyüş dostları ilə ürək-ürəyə, kürək-kürəyə verərək Xocalının müdafiəsinə qalxmışdı. Onlar dinc əhalinin təhlükəsiz yerlərə köçürülməsində, düşmən hücumunun qarşısının alınmasında rəşadətlə vuruşurdular.

O, canlı qüvvə və texnika cəhətdən qat-qat üstün olan düşmənlə qeyri-bərabər döyüşdə axırıncı gülləsinə qədər vuruşaraq, əsir düşməmək üçün qumbaranı sinəsinə sıxdı və özü ilə bərabər ona yaxın erməni yaraqlısını da məhv etdi.
Ailəli idi. Üç övladı var.

Azərbaycan Respublikası prezidentinin 7 iyul 1992-ci il tarixli 833 saylı fərmanı ilə Hüseynov Tofiq Mirsiyab oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX