info@veten-ugrunda.az
 
HÜSEYNOV ELŞƏN İBRAHİM oğlu
Tarix: 09-09-2015 19:34   |  Müəllif: admin |  Baxılıb: 2648

HÜSEYNOV ELŞƏN İBRAHİM oğlu

30 iyun 1976-cı ildə Saatlı rayonunun Qıraqlı kəndində dünyaya göz açmışdır. 1983-cü ildə burada birinci sinfə getmiş, 1993-cü ildə onuncu sinfi bitirmişdir. Bir il təsərrüfatla məşğul olmuşdur. 1994-cü ildə Saatlı Rayon Hərbi Komissarlığı tərəfindən Milli Orduya çağırılmışdır. O, 777 saylı hərbi hissədə xidmət edirdi. Qısa müddətdə əsgər və zabitlərin dərin hörmətini qazanmışdı, verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirirdi.

Doğma Azərbaycanımız müstəqillik əldə etdikdən sonra xarici və daxili düşmənlər birləşərək, ölkədə bir neçə dəfə dövlət çevrilişinə cəhd etmişdilər. 1995-ci il 17 mart hadisəsi bunların içində ən təhlükəlisi olmaqla, dövlətçiliyimizə qarşı yönəldilmiş bir qəsd idi. Erməni qəsbkarlarının törətdiyi fəlakətlərdən, faciələrdən başı ayılmayan Azərbaycan təhlükəli anlar yaşayırdı. Xalq həyəcan içində idi. Milli Ordumuz dövlət çevrilişinin qarşısını qəhrəmanlıqla aldı. Həmin gün Elşən də öz vətəndaşlıq borcunu yerinə yetirirdi. Qəfil güllə Elşənin ömrünə son qoydu.
Subay idi.

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-i il tarixli 307 saylı fərmanı ilə Hüseynov Elşən İbrahim oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Saatlı rayonunun Qıraqlı kəndində dəfn edilmişdir.

Saatlı rayon Mərkəzi xəstəxanası onun adını daşıyır.











 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX