info@veten-ugrunda.az
 
FƏRƏCOV ƏNVƏR SƏYYAD oğlu
Tarix: 09-09-2015 19:22   |  Müəllif: admin |  Baxılıb: 2866

FƏRƏCOV ƏNVƏR SƏYYAD oğlu
28 iyun 1952-ci ildə Goranboy rayonunun Sarov kəndində doğulmuş, 1968-ci ildə Sarov kənd orta məktəbini bitirmişdir. Sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuşdur. 1974-cü ildə mexanizasiya fakültəsini bitirib Goranboy rayonunun “Azərbaycan” kolxozunda baş mühəndis vəzifəsində əmək fəaliyyətinə başlamışdır.

1981-ci ildən isə həyatını daxili işlər orqanlarına bağlayır. O, Türkmənistanın Bezmin şəhərində xüsusi komendaturanın müəssisədənkənar mühafizə şöbəsində növbətçi kimi əmək fəaliyyətinə başlayır. Sonra sahə müvəkkili vəzifəsində çalışır. 1990-cı ildə Özbəkistan Milis Akademiyasını bitirərək Azərbaycan DİN-nin sərəncamına göndərilir. Gəncə şəhər DİŞ-ndə rəis köməkçisi işləyir. 1991-ci ildə doğma rayonuna qayıdır və Todan Polis Şöbəsində pasport-masa rəisi vəzifəsində çalışır. Az keçmir ki, onu Todan Polis bölməsinin rəisi təyin edirlər. Elə bu andan onun həyatının ən narahat və həyəcanlı günləri başlayır. Onun bir ayağı cəbhədə idi. Bir döyüşdən çıxıb o birinə gedirdi.

18 avqust 1991-ci il... O, yoldaşlarını mühasirədən çıxartmaq üçün qeyri-bərabər döyüşə girir. Ermənilərin mühasirəsini yararaq polis əməkdaşlarını itkisiz azad edirlər. Bu əməliyyata görə bölmə rəisi DİN tərəfindən mükafatlandırılır. O, Goranboya gəldiyi gündən erməni yaraqlılarına qarşı döyüşlərdə öz qüvvə və bacarığını əsirgəmir, Vətən torpağının hər qarışı üçün öz canından keçməyə hazır olduğunu bildirirdi.

11 sentyabr 1991-ci il... Yağı düşmən böyük qüvvə ilə Erkəc, Mənəşli, Buzluq kəndlərinə hücuma keçmişdi. Polis dəstəsi sayca az olsa da, kəndlərin müdafiəsində sayıqlığı əldən vermirdi. Qeyri-bərabər döyüşdə erməni yaraqlıları xeyli tələfat verdilər. Bu, Ə.Fərəcovun son döyüşü idi. O, bu döyüşdə qəhrəmancasına həlak oldu.
Ailəli idi. Bir oğlu, bir qızı yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 214 saylı fərmanı ilə Fərəcov Ənvər Səyyad oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Goranboy rayonunda dəfn edilmişdir.

Goranboy rayonunda büstü qoyulmuşdur.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX