info@veten-ugrunda.az
 
FƏRZƏLİYEV PƏHLİVAN ƏHLİMAN oğlu
Tarix: 09-09-2015 19:21   |  Müəllif: admin |  Baxılıb: 2111

FƏRZƏLİYEV PƏHLİVAN ƏHLİMAN oğlu
27 sentyabr 1958-ci ildə Füzuli rayonunun Qobu Dilağarda kəndində doğulmuşdur. Doğma kənddə səkkizinci sinfi başa vurduqdan sonra Şuşa Kənd Təsərrüfatı Texnikumuna daxil olmuşdur. 1978-ci ildə zootexnik kimi Füzuli rayonunda əmək fəaliyyətinə başlayır. O, texnikumda oxuduğu illərdə idmanın sərbəst güləş növü ilə məşğul olurdu

Şuşada keçirilən çempionatda Qarabağ çempionu adını qazanmışdı. O, 1979-cu ildə ordu sıralarına çağırılır. Hərbi xidmətdən tərxis olunduqdan sonra isə Qazaxıstanın Aktyubinsk şəhərinə gedir və orada daxili işlər orqanlarında işə başlayır. O, təhsilini davam etdirməyi də unutmur. Sənədlərini Orenburq Politexnik Universitetinə verir. 1986-cı ildə universitetin avtomobil nəqliyyatı fakültəsini bitirir, 4 il Aktyubinsk şəhər Daxili İşlər Orqanlarında çalışır. O, 1990-cı ildə baş leytenant rütbəsində Vətənə dönür. Bir az sonra onu Füzuli rayon DİŞ-də növbətçi inspektor vəzifəsinə təyin edirlər. Sonra Füzuli rayon DİŞ-də post-patrul rotası yaradılır. 1991-ci ilin mart ayında o, rotanın 3-cü taqımına komandir təyin olunur. Yaxşı xidmətinə görə ona ikinci bir vəzifə - BTR-in ekipaj komandiri vəzifəsi etibar edilir. Füzuli rayonundakı sərhəd kəndlərinin qorunmasında o, taqımı ilə birgə mərdliklə döyüşürdü. Onun şücaəti nəticəsində Xələfşə kəndində bir qrup erməni yaraqlısı və bir BTR məhv edilmişdi. 1992-ci il aprel ayının 11-i... Taqım komandirinin son döyüşü... Qacar kəndi uğrunda gedən ağır döyüşlərdə baş leytenant qəhrəmancasına həlak oldu.
Evli idi. İki oğlu, bir qızı yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə baş leytenant Fərzəliyev Pəhlivan Əhliman oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Füzuli rayonunun Qobu Dilağarda kəndində dəfn edilmişdir.

Bakı şəhərindəki qəsəbələrdən biri qəhrəmanın adını daşıyır.











 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX