info@veten-ugrunda.az
 
DAVİDOVİÇ ANATOLİ NİKOLAYEVİÇ
Tarix: 09-09-2015 19:18   |  Müəllif: admin |  Baxılıb: 1816

DAVİDOVİÇ ANATOLİ NİKOLAYEVİÇ
Azərbaycanın Milli Qəhrəmanı Davidoviç Anatoli Nikolayeviç 28 mart 1965-ci ildə Belorus Respublikasının Siutet şəhərində dünyaya göz açmışdır. 1992-ci ilin iyununadək SSRİ, sonra Rusiya Silahlı Qüvvələrində xidmət etmişdir. Mayor rütbəsinəcən yüksələn Anatoli 1992-ci ilin iyun ayına qədər taleyini Azərbaycan Silahlı Qüvvələrinə bağlamışdır. O, 930 saylı hərbi hissədə artilleriya qərargahının rəisi idi. Dərin biliyə malik olan belorusiyalı zabit Azərbaycan Silahlı Qüvvələrinin möhkəmlənməsinə böyük töhfələr verir, topçu mütəxəssislər hazırlanmasında özünün bilik və təcrübəsini əsirgəmirdi. O, əsil hərbçi idi.
1992-ci il... İyunun 9-u... Ağdam rayonunda qanlı döyüşlər gedirdi. Mayor Anatoli Davidoviç bacarıqlı komandir kimi döyüşçülərə nümunə göstərirdi. Döyüşlərin birində düşmən gülləsi ondan yan keçmədi. Anatoli ağır yaralandı. O, çoxlu qan itirmişdi. Həkimlərin səyi nəticə vermədi. Anatoli iyunun 13-də Bakı şəhər Mərkəzi Hospitalında gözlərini əbədi olaraq yumdu.
Ailəli idi.
Azərbaycan Respublikası Prezidentinin 3 iyul 1992-ci il tarixli 24 saylı fərmanı ilə mayor Davidoviç Anatoli Nikolayeviçə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Belorus Respublikasının Siutet şəhərində dəfn edilib.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX