info@veten-ugrunda.az
 
ÇOBANOV ŞAMOV MƏHYƏDDİN oğlu
Tarix: 09-09-2015 19:11   |  Müəllif: admin |  Baxılıb: 3157

ÇOBANOV ŞAMOV MƏHYƏDDİN oğlu
19 yanvar 1965-ci ildə Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur. 1982-ci ildə 1 saylı Qazax şəhər orta məktəbini bitirdikdən sonra avtonəqliyyat müəssisəsində əmək fəaliyyətinə başlamışdır. Şamoy Çobanov 1983-cü ildə Sovet Ordusu sıralarına hərbi xidmətə çağırılır. O, 1985-ci ildə ordudan tərxis olunaraq doğma yurdu Qazax şəhərinə dönür. Əvvəllər işlədiyi müəssisədə çilingər kimi işini davam etdirir.

O, 1989-cu ildə Qazax Rayon Polis Şöbəsinə işə qəbul olunur. O zamanlar erməni yaraqlılarının Xeyrimli, Yuxarı Əskipara, Bağanis, Ayrım kəndlərinə hücumları ara vermirdi. Şamoy bu kəndlərdə əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə öz polis yoldaşları ilə birgə postlar qurmuşdu. Cəsur polis işçisi tez-tez erməni yaraqlıları ilə üzbəüz gəlirdi. O, erməni quldurlarına öz çirkin əməllərini həyata keçirməyə imkan vermirdi.

1990-cı il... Avqustun 19-u... Yuxarı Əskipara kəndinə gedən avtobusu Şamoy müşayiət edirdi. Kəndin yaxınlığındakı “Qanlı dərə” deyilən yerdə erməni silahlıları gözlənilmədən avtobusa hücum edirlər. Şamoy cəld avtobusdan yerə atılır. Qanlı döyüş başlayır. Düşmən geri oturdulsa da, sərnişinlərdən yaralanan və ölənlər var idi.

Həmin döyüşdə Qazax eli bir igidi də itirdi. Bu, kənd camaatının böyük hörmətini qazanmış vətənpərvər polis əməkdaşı Şamoy Çobanov idi.
Subay idi.

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Çobanov Şamoy Məhyəddin oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Ağköynək kəndində dəfn edilmişdir.

Ağköynək kənd məktəbi onun adını daşıyır.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX