info@veten-ugrunda.az
 
BEHBUDOV SƏFİYAR ABUZƏR oğlu
Tarix: 09-09-2015 19:08   |  Müəllif: admin |  Baxılıb: 2466

BEHBUDOV SƏFİYAR ABUZƏR oğlu
18 iyun 1967-ci ildə Bərdə rayonunun Mollalı kəndində anadan olmuşdur. 1984-cü ildə 6 saylı Bərdə şəhər orta məktəbi bitirmişdir. Bir ildən sonra Sovet Ordusu sıralarına hərbi xidmətə çağırılmışdır. O, 1987-ci ildə ordudan tərxis olunaraq, rayon hərbi komissarlığının təqdimatı ilə zabitlik kursuna göndərilmişdir. Kiçik leytenant rütbəsi ilə kursu bitirən Səfiyar Azərbaycan Milli Azadlıq Hərəkatının ilk günlərindən ön sıralarda getmişdir.
O, Bərdədə “Soy” adlı Demokratik Gənclər Təşkilatı yaradaraq, rayon gənclərini öz ətrafına toplamışdı. Xocalı soyqırımından bir həftə sonra Səfiyar tərəddüd etmədən Bərdə özünümüdafiə batalyonuna daxil oldu. Onu bölmə komandiri təyin etdilər. Səfiyar Tərtər bölgəsində bir neçə uğurlu əməliyyat keçirdikdən sonra, onun bölməsini Ağdam istiqamətində gedən döyüşlərdə vuruşmağa göndərirlər.

1992-ci il... Mart ayının 11-i... Həyəcan siqnalı... Düşmən Əsgəran yaxınlığındakı postumuza hücum edərək oranı mühasirəyə alır. Səfiyar öz PDM-i ilə döyüşə girir. Tapşırığı uğurla yerinə yetirən Səfiyar düşmənin müqavimətini qıraraq, mühasirədə olan döyüşçülərimizi xilas edir. Özü isə Əsgərana doğru irəliləyir. Qaraqaya deyilən yerdə Səfiyar düşmənin böyük qüvvəsinə rast gəlir. Lakin geri çəkilmir, irəliləməkdə davam edir. Səhərdən erməni quldurlarına qan udduran cəsur döyüşçünün PDM-i son anda vurulur. O, ağır yaralanır. Onu bu vəziyyətdə əsir götürürlər. Əsir saxlandığı 10 gün ərzində ona olmazın işgəncələr verirlər. O, ağır işgəncələrə mətanətlə dözür, dişini dişinə sıxaraq öz zabit andına sadiq qalır, düşmənə heç bir sirr vermir.

Erməni quldurları Səfiyar Behbudovun ayaqlarını məftillə bağlayaraq, üstünə neft töküb yandırırlar. Gənc zabitin yanmış cəsədini 21 mart 1992-ci ildə çox çətinliklə, AXC-nin Ağdam şöbəsinin köməyi ilə almaq mümkün olur.
Subay idi

Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Behbudov Səfiyar Abuzər oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.











 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX