info@veten-ugrunda.az
 
ATAKİŞİYEV ASLAN QABİL oğlu
Tarix: 09-09-2015 18:49   |  Müəllif: admin |  Baxılıb: 3003

ATAKİŞİYEV ASLAN QABİL oğlu
1953-cü il avqustun 16-da Qubadlı rayonunun Muradxanlı kəndində anadan olmuşdur. 1960-cı ildə burada birinci sinfə getmiş, 1970-ci ildə onuncu sinfi bitirmişdir. 1972-ci ildə hərbi xidmətə çağırılmışdır. 1974-cü ildə əsgəri xidmətini yerinə yetirib doğma kəndə qayıtmışdır. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. 1981-ci ildə təhsilini başa vuraraq Muradxanlı kənd orta məktəbində müəllimliyə başlamışdır. Erməni işğalçılarının törətdikləri cinayətləri gördükcə, rayon işğal edildikdən sonra Laçın camaatının fəryadını, ərşə çıxan səsini eşitdikcə qəlbi intiqam hissi ilə alovlanırdı. O, Qubadlı bölgə alayına yazılır, sərhəd kəndlərinin qorunmasında canını belə əsirgəmir.

1992-ci il... Yanvarın 5-i... O, Milli Ordu sıralarına qəbul olunaraq, leytenant rütbəsi ilə tabor komandirinin müavini təyin edilir. Laçın torpaqlarının azad olunması uğrunda gedən döyüşlərin təşkilatçılarından olan Aslan rayonun Səfiyan, Mazutlu, Türklər, Yuxarı və Aşağı Fərəcan, Suarası və başqa kəndlərində gedən qanlı döyüşlərdə igidlik nümunəsi göstərərək, düşmənin xeyli hərbi texnikasını və canlı qüvvəsini məhv etmişdi. 1992-ci il... Avqustun 7-si... Son döyüş... Əsgərlərimiz Laçın dəhlizi ərazisində və Susuzdağ yüksəkliyində gedən döyüşlərdə düşmənin mövqelərini atəşə tutaraq onları irəliləməyə qoymurdular. Bu döyüşdə son nəfəsinədək vuruşan Aslan düşmənə əsir düşməmək üçün axırıncı gülləsini öz ürəyinə sıxır.
Evli idi. Üç övladı yadigar qalıb.

Azərbayan Respublikası prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Atakişiyev Aslan Qabil oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Bakının Şəhidlər xiyabanında dəfn edilmişdir.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX