info@veten-ugrunda.az
 
AĞAYEV BƏYLƏR TAPDIQ oğlu
Tarix: 09-09-2015 18:29   |  Müəllif: admin |  Baxılıb: 2966

AĞAYEV BƏYLƏR TAPDIQ oğlu
3 fevral 1969-cu il Qubadlı rayonunun Qarağaclı kəndində doğulub. O hərbi xidmətini Almaniya Demokratik Respublikasında başa çatdıraraq doğma kəndlərinə qayıdır.
1990-ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri Universitetinə daxil olur. 1992-ci ildə təhsilini yarımçıq qoyan Bəylər könüllü olaraq ordu sıralarına yazılır. Onun yüksək bacarığı ilk günlərdən diqqəti cəlb edir və o bölmə komandiri təyin edilir. Bəylər Ağayev Laçın rayonu uğrunda gedən döyüşlərdə fəal iştirak edir. O, Səfiyan, Yuxarı və Aşağı Fərəcan, Mazutlu, Türklər və Suarası kəndlərində düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv edir. 1992-ci il avqustun 6-sı... Erməni irqçi vəhşilərinin növbəti hücumu Bəylər yoldaşları ilə mühasirəyə düşür. Məğrur komandirimiz üzünü yoldaşlarına tutub son olaraq bu sözləri söyləyir: “Biz vətən uğrunda ölümə gedirik, ola bilsin bu döyüş son döyüşümüz olsun” və hücuma keçirlər. Onlar erməni faşistlərinin xeyli hissəsini məhv etsələrdə özləri ən uca zirvə şəhidlik zirvəsinə ucalırlar.
Subay idi.

Azərbaycan respublikası prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Bəylər Tapdıq oğlu Ağayevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Qarağaclı kəndində dəfn edilmişdir, bu kənd hazırda erməni işğalı altındadır.











 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX