info@veten-ugrunda.az
 
Zülfüqarov Samir Xelil oğlu
Tarix: 15-10-2015 17:52   |  Müəllif: vetenugrunda |  Baxılıb: 2654

Zülfüqarov Samir Xelil oğlu
Zülfüqarov Samir Xəlil oğlu 3 iyul 1976-cı il Şabran (keçmiş Dəvəçi) rayonunun Ağbaş kəndində dünyaya göz açıb. O, səkkizinci sinifə kimi burda oxuyur. Ailə vəziyyəti ağır olduğu üçün, məktəbi yarımçıq qoyaraq atası ilə bərabər işləyərək, ailələrinə dayaq olub. 1994-cü ilin avqustunda Şabran rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına həqiqi hərbi xidmətə göndərilir.
Samir Zülfüqarov Yaşma qəsəbəsində yerləşən hərbi hissələrin birində xidmət edirdi. Vətəni canından əziz tutan bu gənc əsgər hərbi xidmətini şərəflə yerinə yetirir və bundan qürur duyurdu. Komandirləri nizam-intizam, nümunəvi əsgər olduğunu nəzərə alaraq ona qısamüddətli məzuniyyət vermişdilər. Bu vaxt respublikada vəziyyət yenidən gərginləşdi. Bir qurup cinayətkar ünsürlərdən ibarət silahlı dəstə hakimiyyəti ələ keçirmək üçün dövlət çevrilişi etmək istəyirdi. Samir bu hadisələrdən bərk narahat olmuşdu.
Cəld hərbi paltarını geyinib döyüş yoldaşlarının yanına qayıtdı. Milli Ordunun əsgərləri dövlət çevrilişinə cəhd edən qüvvələrlə üz-üzə dayanmışdı. Onlarla aparılan danışıqlar nəticə vermədi.Samir dövlətçiliyimiz, suverenliyimiz uğurunda canını qurban verdi. 17 mart 1995-ci ildə o, əbədiyyətə qovuşdu.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Zülfüqarov Samir Xəlil oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Şabran rayonunun Ağbaş kəndində dəfn edilib.
Şabran rayon 3 saylı orta məktəb onun adını daşıyır.
Məktəbdə büstu qoyulmuşdur.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX