info@veten-ugrunda.az
 
Yəhyayev Elşad Məmmədhənifə oğlu
Tarix: 15-10-2015 17:45   |  Müəllif: vetenugrunda |  Baxılıb: 3241

Yəhyayev Elşad Məmmədhənifə oğlu
Yəhyayev Elşad Məmmədhənifə oğlu 5 may 1966-cı ildə Şəki şəhərində anadan olub. 1973-cü ildə Şəkidəki 12 saylı məktəbə gedən Elşadın ailəsi 1977-ci ildə Bakıya köçür. 1983-cü ildən o, təhsilini Xətai rayonundakı 56 saylı orta məktəbdə davam etdirir. 1984-86-cı illərdə hərbi xidmətdə olan Yəhyayev Elşad Məmmədhənifə oğlu 1987-ci ildə Saratov Ali Hərbi Komandirlər Məktəbinə daxil olur. 1991-ci ildə leytenant rütbəsi ilə Vətənə qayıdır. Bu zaman artıq Qarabağ müharibəsi başlamışdı. Elşad könüllü olaraq Daxili İşlər Nazirliyinə müraciət edir və onu “N” saylı hissəyə taqım komandiri təyin edirlər.
Cəsur komandir Sırxavənd, Naxçıvanik, Papravənd kəndlərində gedən döyüşlərdə iştirak edir. Ermənilərlə öz sücaətini göstərən döyüşçü xeyli qulduru məhv edir.
Naxçıvanik kəndində qaynar döyüşlər gedirdi. Ermənilər ağır itki verdilər və geri çəkildilər. Elşad bu döyüşdə xeyli düşməni məhv etdi.
20 iyun 1992-ci il tarixində baş verən döyüşlərdə o, snayper gülləsinə tuş gəlir və qəhrəmancasına şəhid oldu.
Subay idi.
Azərbaycan Resbublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Yəhyayev Elşad Məmmədhənifə oğluna ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” adı verilib.
Bakıdakı Şəhidlər Xiyabanında dəfn olunub. Şəki rayonundakı 12 saylı orta məktəb qəhrəmanımızın adını daşıyır.
Bakı şəhərindəki 56 saylı orta məktəb də isə onun büstü qoyulub.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX