info@veten-ugrunda.az
 
Xasıyev Samir
Tarix: 15-10-2015 17:39   |  Müəllif: vetenugrunda |  Baxılıb: 2253

Xasıyev Samir
Xasıyev Samir Zirəddin oğlu 20 aprel 1973-cü ildə Bakı şəhərində doğulub.1980-ci ildə Bakının Nərimanov rayonundakı 82 saylı orta məktəbə gedib. 1988-ci ildə ailəsi Gəncə şəhərinə köçdüyü üçün orta təhsilini 14 saylı orta məktəbdə tamamlayır. O,məktəbi bitirib Bakıya qayıdır. 1991-ci ildə Bakıda işləməyə başlayır. Elə həmin il Bakı Dövlət Universitetinin tarix fakultəsinin axşam şöbəsinə daxil olur. Birinci kursda oxuyarkən hərbi xidmətə çağırılır. O, əvvəlcə Dərnəgüldəki tikinti batalyonunda xidmət edir.1992-ci ildə isə Vətənin çağırışına səs verərək rəhbərlikdən döyüş bölgəsinə göndərilməsini xahiş edir. Samir Xasıyev qısa təlim keçdikdən sonra ön cəbhəyə yola düşür. İlk döyüşü Ağdam rayonunun Mərzili kəndəndən başlayır.1993-cü ildə Füzuli, Ağdərə bölgələrində aparılan əməliyyatlarda fəal iştirak edir. Samir bir neçə dəfə yaralansa da, döyüş bölgəsini tərk etmir, yoldaşlarının yanında qalmağı üstün tutur. Samirin gərgin döyüşlərinin biri də Tərtər cəbhəsində oldu. Ölümün gözünə dik baxan cəsur döyüşçü bir neçə dəfə mühasirəni yararaq yoldaşlarını xilas edir. Bacarığını, səriştəsini nəzərə alıb onu iki aylıq zabitlər kursuna göndərirlər. O,leytenant rütbəsi alandan sonra yaratdığı bölüyün komandiri olur. Samir 1994-cü ildə Gəncə qiyamının yatırılmasında fəal iştirak edir və ”Hərbi xidmətlərə görə”medalı ilə təltif edilir.
1995-ci il martın 17-si... Dövlət çevrilişinə növbəti cəhd...Qarşıdurma dinc yolla həllini tapa bilmədi... Samirin bölüyü qərargaha daxil olarkən snayper gülləsi yaxın məsafədən komandiri qarın nahiyyəsindən yaraladı. Dostlarının səyinə baxmayaraq,onu xilas etmək mümkün olmadı. O,dövlətçiliyimiz yolunda qəhrəmancasına həlak oldu.
Subay idi.
Azərbaycan Resbublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə leytenant Xasıyev Samir Zirəddin oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı”adı verilmişdir.
Bakı şəhərində 2-ci Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Bakının Nərimanov rayonundakı keçmiş Montin adına Mədəniyyət və İstirahət parkına Samir Xasıyevin adı verilmiş və parkda büstü qoyulmuşdur.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX