info@veten-ugrunda.az
 
Tağızadə Eldar Abdulla oğlu
Tarix: 15-10-2015 17:33   |  Müəllif: vetenugrunda |  Baxılıb: 3032

Tağızadə Eldar Abdulla oğlu
Tağızadə Eldar Abdulla oğlu 6 sentyabr 1963-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1970-80-ci illərdə Nəsimi rayonundakı 164 saylı orta məktəbdə təhsil alır. Məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinə daxil olur və 1985-ci ildə biologiya fakultəsini fərqlənmə diplomu ilə bitirir. Eldar polis orqanlarında işləməyi arzulayırdı. Hələ Elmlər Akademiyasının Botanika İnistitutunda çalışarkən Səbail Rayon DİŞ-nin cinayət-axtarış şöbəsi ilə əməkdaşlıq edirdi. Nəhayət, 1988-ci ildə arzusu həyata keçdi. O, Daxili İşlər Orqanlarına işə qəbul edildi.
1989-cu ildə Sverdlovsk şəhərində cinayət axtarışı üzrə ali ixtisasartırma kursu keçdi. Baş leytenant Tağızadə Eldar Abdulla oğlu Sabail rayon DİŞ-də əməliyyat müvəkkili vəzifəsinə təsdiq olundu. Sonra DİN-nin millətlərarası münasibətlər şöbəsində daha məsul vəzifəyə irəli çəkildi.
O, işi ilə bağlı tez-tez döyüş bölgələrinə ezam olunur, ermənilər tərəfindən əsir götürülən əsgərlərimizin azad edilməsində, girovların dəyişdirilməsində yaxından iştirak edirdi. Vəzifəsinin öhdəsindən layiqincə gəldiyini nəzərə alınaraq, 1991-ci ildə ona kapitan rütbəsi verilir.
Bundan sonra o, DİN-nin Terrorizmə və Banditizmə Qarşı Mübarizə İdarəsi rəisinin müavini vəzifəsinə təyin edildi.
3 iyun 1992-ci il... Tağızadə yenidən Qarabağa ezam olunur. O, “Şaka” ləqəbli təhlükəli qatili və onun dəstəsini zərərsizləşdirmək üçün əməliyyata rəhbərlik edirdi. Eldar öz dəstəsi ilə “Şaka” nın gizləndiyi evi müəyyən edərək mühasirəyə alır. Qatilə təslim olmaq təklif edir. O, polis əməliyyatçılarına atəş açır. Eldar özünü təhlükə altına ataraq, əlverişli məqam seçib “Şaka” nın gizləndiyi binaya daxil olur.
Eldarın silahsız olduğunu görən qatil, gülləni onun sinəsinə sıxır. Cəsur kapitan qəhrəmancasına həlak olur.
Ailəlidir. İki övladı var.
Azərbaycan Resbublikası Prezidentinin 3 sentyabr 1992-ci il tarixli 162 saylı fərmanı ilə Tağızadə Eldar Abdulla oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Təhsil aldığı 164 saylı orta məktəb Qəhrəmanın adını daşıyır.
Bakı şəhərindəki küçələrdən birinə onun adı verilmişdir.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX