info@veten-ugrunda.az
 
Tağıyev Şahin Talıb oğlu
Tarix: 15-10-2015 17:32   |  Müəllif: vetenugrunda |  Baxılıb: 3314

Tağıyev Şahin Talıb oğlu
3 fevral 1949-cu ildə Tərtər rayonunda doğulub. 1956-cı ildə Bakı şəhərinin Bülbülə qəsəbəsindəki 208 saylı orta məktəbin birinci sinfinə gedir və beşinci sinfə kimi burada oxuyur. Sonra o, təhsilini 12 saylı internat məktəbində davam etdirir. Səkkizinci sinfi bitirdikdən sonra Bakı Energetika Texnikumuna qəbul olunur. 1969-cu ildə texnikumu bitirir və təyinatla Udmurt vilayətinə göndərilir. Gənc mütəxəssis kimi o, Udmurt vilayətinin İjevsk şəhərindəki neft mədənlərinin birində əmək fəaliyyətinə başlayır. Elə oradan da ordu sıralarına çağırılır. O, Hərbi xidmətini Novosibirskdə keçir və burada zabitlik kursunu bitirir. Raket-artilleriya qoşun hissələrində xidməti ona böyük təcrübə qazandırır.

Ordu sıralarından tərxis olunduqdan sonra Bakı Mayesiz Transformatorlar Zavodunda işləyir. Ş.Tağıyev sonra tikintidə mühəndis işləyir və daha sonra isə “Elgün” assosiasiyasında çalışmağa başlayır.

Respublikamızın ərazilərinə erməni müdaxiləsi başlayanda Şahin Vətənin müdafiəsinə qalxır. O, yenicə yaradılan “Qurtuluş” batalyonunun tərkibində Tərtər, Seysulan, Yarımca, Levonarx döyüş bölgələrində mərdliklə vuruşur. 1992-ci ilin mart ayında yüksək etimad göstərərək onu “Qurtuluş” batalyonuna komandir təyin edirlər. Batalyon tərkibində 350 əsgər və zabiti birləşdirirdi. Vətənin şərəfini, millətin namusunu hər şeydən uca tutan polkovnik-leytenant Şahin Tağıyevin ən böyük amalı qüdrətli ordunun yaradılması və düşmən tapdağında qalan torpaqlarımızın azad edilməsidir.
Qarabağ Azadlıq Təşkilatının sədr müavini kimi fəaliyyət göstərir.
Ailəlidir. İki övlad atasıdır.

Azərbaycan Respublikası prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Tağıyev Şahin Talıb oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.











 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX