info@veten-ugrunda.az
 
Slesaryov Mixail Aleksandroviç
Tarix: 15-10-2015 17:30   |  Müəllif: vetenugrunda |  Baxılıb: 1930

Slesaryov Mixail Aleksandroviç
Slesaryov Mixail Aleksandroviç 8 may 1955-ci ildə Rusiyanın Smolensk şəhərində anadan olub. 1970-ci ildə 4 saylı Smolensk şəhər orta məktəbini bitirdikdən sonra təhsilini 19 saylı texniki-peşə məktəbində davam etdirib. 1971-ci ildə o, traktorçu maşinist kimi Smolensk Kənd Təsərrüfatı Texnikası Birliyində traktorçu işləməyə başlayır. 1975-ci ildə Sovet Ordusu sıralarına çağrılır. Hərbi xidmətini Bakıda keçirir. 1977-ci ildə xidmətini 6500 saylı hərbi hissədə başa vurub, göndərişlə Tiblisi Gizirlər Məktəbinə daxil olur. Məktəbi bitirib, yenidən Bakıya qayıdır.
Əvvəlcə gizir, 1981-ci ildən 1986-cı ilə qədər motoatıcı taqımın komandiri, 1986-cı ildən 1990-cı ilin yanvar ayına qədər isə mühafizə taqımının rəisi vəzifələrində işləyir.
Slesaryov Mixail Aleksandroviç 7 yanvar 1990-cı ildə Qobustan həbsxanasında xidməti vəzifəsini yerinə yetirirdi. Axşamüstü bir dəstə məhbus mühafizəçini tərkisilah edərək həbsxanadan qaçmağa cəhd edir.
Mixail Slesaryov baş vermiş hadisənin qarşısını almaq üçün cəld əməliyyat qrupu yaradır. Əməliyyat çox uğurlu keçir.
Ancaq çox təəssüf ki, arada itki də olur. Şübhəsiz ki, hadisənin qarşısı vaxtında alınmasaydı, itkilər daha çox olardı.
M. Slesaryova 1990-cı ildə kiçik leytenant rütbəsi verilir. O, bu gün də öz xidməti borcunu şərəflə yerinə yetirir, Azərbaycan Resbublikası Ədliyyə Nazirliyinin N saylı hərbi hissəsində çalışır.
Azərbaycan Resbublikası Prezidentinin 12 yanvar 1990-cı il tarixli 73 saylı fərmanı ilə Slesaryov Mixail Aleksandroviç “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX