info@veten-ugrunda.az
 
Sayadov Mehman
Tarix: 15-10-2015 17:10   |  Müəllif: vetenugrunda |  Baxılıb: 2737

Sayadov Mehman
Sayadov Mehman Qəzənfər oğlu 1972-ci il noyabrın 21-də Basarkeçər rayonuun Günəşli kəndində anadan olub.
1988-ci ildə erməni seperatçı qüvvələrinin azərbaycanlıları kütləvi şəkildə ata yurdlarından deportasiya etmələri nəticəsində Mehhman ailəsi ilə birgə Samux rayonuna köçür.
Yaşının az olmasına baxmayaraq, o da digər soydaşlarımız kimi baş verən hadisələrə biganə qala bilmir. O, orta məktəbi bitirib 18 yaşı tamam olan kimi hərbi xidmətə gedir. Mehman hərbi xidmətə Sovet ordusu sıralarından başlayır.
6 ay rus ordusunda hərbi xidmətdə olur. Azərbaycandakı ağır vəziyyət onu bu xidməti yarımçıq qoyaraq vətənə dönməyə vadar edir. Vətənə dönən Mehman könüllü olaraq cəbhə bölgəsinə yollanır. O, 1991-ci il noyabrın 5-də “Azərbaycan Qarabağ” adlı könüllü özünümüdafiə batalyonlarından birinə yazılaraq cəbhənin Şuşa istiqamətinə gedir. O, gənc olsa da, çox bacarıqlı döyüş qabiliyyətinə malik idi. Döyüşçü yoldaşları onun bu qədər gənc və cəsur bir döyüşçü olduğuna heyrətlənirdilər. Mehman və onun döyüş yoldaşları Şuşanın Kosalar və Nəbilər kəndlərindəli qızğın döyüşdə düşmənin 70-ə yaxın canlı qüvvəsini və xeyli sayda zirehli texnikasını məhv edir. Ermənilər hər tərəfdən Şuşaya basqınlar edirdilər.
Rusun dəstəyi sayəsində ordusunu müasir silahlar və canlı qüvvə ilə təmin edən ermənilər çirkin niyyətlərini həyata keçirməyə nail oldu. Düşmənə vurulan hər zərbədən sonra Mehman da qürurla döyüşə atılır. Ancaq təəssüflər olsun ki, bu cür cəsur oğullarımızın ömür yolu çox qısa olur.
1992-ci il mayın 9-da Şuşanın Nəbilər kəndinin müdafiəsi zamanı Mehmanın da döyüş coşqusu ilə döyünən ürəyi yağı gülləsi tərəfindən əbədiyyən susdurulur. O, özü şəhidlik zirvəsinə yüksəlməklə yanaşı, xeyli sayda erməni yaraqlısınıda məhv edir.
Qəhrəman döyüşçümüzün soyuq cəsədi ətrafında onlarla erməni yaraqlısının da cəsədi var idi. Bu onu göstərir ki, o ölüm anında belə düşməndən qisasını almağa çalışıb.
Subay idi.
Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Sayadov Mehman Qəzənfər oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Cəsədi döyüş meydanında qalıb. Əfsuslar olsun ki, adının əbədiləşdirilməsi üçün heç bir iş görülməyib.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX