info@veten-ugrunda.az
 
Şahverdiyev İsrafil Şahverdi oğlu
Tarix: 15-10-2015 17:05   |  Müəllif: vetenugrunda |  Baxılıb: 2178

Şahverdiyev İsrafil Şahverdi oğlu
Şahverdiyev İsrafil Şahverdi oğlu 11 iyun 1952-ci il iyunun 11-də Laçın rayonunda anadan olub. Unannova orta məktəbində təhsil alıb. 1971-1974-cü illərdə hərbi xidmət keçdikdən sonra Laçına qayıdır. O, 1975-ci ildə Laçın rayon Daxili İşlər Şövbəsində polis kimi əmək fəaliyyətinə başlayır. Erməni yaraqlıları torpaqlarımıza hücum edərkən İsrafil Şahverdi oğluda cəsur bir polis işçisi kimi ilk günlərdən torpaqlarımızın müdafiəsinə qalxır. Qaladərəsi kəndində iki erməni kəşfiyyatçısını ələ keçirir.
1991-ci ildə Qaladairəsi kəndinin azad edilməsi üçün plan hazırlanır. Gecədən səhərə qədər davam edən qanlı döyüşdə erməni işğalçıları ağır itki verərək geri çəkildilər. Şahverdiyev İsrafil Şahverdi oğlu 1992-ci il sentyabrın 19-dan noyabrın 17-nə qədər Hocaz qayası və Hocaz kəndi uğrunda gedən qanlı döyüşlərdə iştirak edir və onlarla erməni silahlısını məhv edir.
1994-cü il yanvarın 6-da Füzuli rayonunun kəndlərini azad etmək üçün Şahverdiyev İsrafil Şahverdi oğlu öz bölüyu ilə döyüşə girir. Bu əməliyyat nəticəsində Horadiz qəsəbəsi və 22 kənd azad edilir. Cəsur komandirin son döyüşü 1994-cü il yanvarın 13-də oldu. Bir neçə istiqamətdən hücuma keçən bölükdən ölən və yaralananlar var idi. Döyüşçü yoldaşlarını xilas edən Şahverdiyev İsrafil Şahverdi oğluna qarşı tərəfdən atılan güllə həyatına son qoyur.
Ailəlidir, üç övladı var.
Azərbaycan Resbublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Şahverdiyev İsrafil Şahverdi oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Bakıdakı Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Laçın rayonundakı məktəblərdən biri qəhrəmanımızın adını daşıyır.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX