info@veten-ugrunda.az
 
Sahbazov Fəxrəddin İbrahim oğlu
Tarix: 15-10-2015 17:03   |  Müəllif: vetenugrunda |  Baxılıb: 2402

Sahbazov Fəxrəddin İbrahim oğlu
Şahbazov Fəxrəddin İbrahim oğlu 22 yanvar 1950-ci ildə Bakı şəhərində doğulub. 1957-ci ildə 20 saylı Bakı şəhər orta məktəbinə gedib, 1967-ci ildə həmin məktəbin onuncu sinfini bitirib. Sonra Bakı Neft Texnikumuna daxil olub.
1969-cu ildə hərbi xidmətə çağırılır. 1971-ci ildə ordudan tərxis olunaraq, texnikumunda təhsilini davam etdirir. O, 1972-ci ildə Azərbaycan Teleradio Şirkətində əmək fəaliyyətinə başlayır və 20 il burada operator vəzifəsində çalışır. Qısa müddətdə səmimiliyi, işgüzarlığı ilə tanındı .
1988-ci ildən başlayaraq ermənilərin azərbaycanlıları Dağlıq Qarabağ və eləcə də, Qərbi Azərbaycan torpaqlarından zorla, silah gücü ilə çıxartması hər kəs kimi onu da narahat edirdi. Fəxrəddin könüllü olaraq cəbhəyə gedər, qaynar döyüş meydanlarından reportajlar hazırlayar və xalqa, eləcə də xarici ölkələrə çatdırardı. Dəfələrlə təhlükə ilə üzləşməsinə baxmayaraq o, cəbhəyə getməkdə davam edirdi.
Ermənilərin amansız hücumları günbəgün şiddətlənir, yurd yerlərimiz işğala məruz qalırdı. “Qırmızı tabut”ların sayı artırdı. O zamanlar Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri işləyən Elşad Quliyevin təşəbbüsü ilə Şuşada teleşəbəkə yaradıldı. Gündə bir saat yayımlanan veriliş ən azı 36 rayon ərazisinə yayımlanırdı. Nadir Abdullayev, Telman Mehdixanlının publisistik qeydlərinə operator Fəxrəddin ayna tutar, hadisələri lent təsvirləri ilə canlandırardı. Şuşa teleşəbəkəsi bağlanandan sonra da o, fəaliyyətini dayandırmadı. Həmkarı Alı Mustafayevlə birgə tez-tez cəbhəyə yollandı. Son səfərləri 1991-ci il noyabrın 20-də Ağdama oldu. Ermənilər həmin günlərdə Xocavənd rayonunun Qaradağlı kəndində dəhşətli faciə törətmişdilər. Qanlı hadisə ilə tanış olmağa gedənlərin gördükləri gözlərində, Fəxrəddinin çəkdiyi təsvirlər isə lent yaddaşında –elə kamerada qaldı.
Onların olduğu “Mİ-8” vertolyotu düşmənin atəş açması nəticəsində parça-parça oldu. Baş vermiş faciə nəticəsində bütün heyət həlak oldu.
Azərbaycan Respublikası Prezidentinin 4 dekabr 1992-ci il tarixli 344 saylı fərmanı ilə Şahbazov Fəxrəddin İbrahim oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Ailəlidir. İki qızı var.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX