info@veten-ugrunda.az
 
Rzayev Qasım Qara oğlu
Tarix: 15-10-2015 17:00   |  Müəllif: vetenugrunda |  Baxılıb: 2598

Rzayev Qasım Qara oğlu
5 may 1970-ci il Tovuz rayonunun Əlibəyli kəndində doğulub. 1987-ci ildə Sovet Ordusu sıralarına çağrılır. Ukrayna Respublikasının Nikopol şəhərindəki hərbi hissənin artilleriya bölməsində xidmət edir. Nümunəvi xidmətinə görə hərbi hissənin komandanlığı tərəfindən dəfələrlə mükafatlandırılır. 1990-cı ildə əsgəri xidmətini başa vurub doğma kəndinə dönür və az sonra, könüllü özünümüdafiə dəstəsinə yazılaraq, erməni quldurlarına qarşı döyüşə girir.
O, Muncuqlu, Koxa-Nəbi, Ağdam, Əlibəyli, Hacallı kəndlərinin mudafiəsində mərdliklə vuruşur. Qasım idarə etdiyi maşına mərmiatan qurğu quraşdıraraq, düşmənin başına od ələyirdi.
1992-ci ilin əvvəllərində Tovuz rayonunun sərhədləri boyunca gərgin vəziyyət yaranmışdı. Sayca üstün olan erməni yaraqlıları torpaqlarımıza soxulmağa cəhd göstərsələr də, hər dəfə böyük itki verərək geri çəkilməyə məcbur olurdular. Fevralın 11-də ermənlərin “Qan çanağı” deyilən tərəfdən hücumu gözlənilirdi. Qasım bir dəstə döyüşçü ilə həmin yerə üz tutdu. Günortaya yaxın düşmənin həmləsi dəf edildi. Ermənilərin bir PDM-i və onlarla əsgəri məhv edilmişdi.
14 may 1992-ci ildə isə... Düşmən ağır texnika ilə Tovuzun sərhəd kəndlərinə hücuma keçir. Qasım özünü hadisə yerinə yetirdi. Güllə yağışı altında qurğunu mərmi ilə doldurdu. Atəş nöqtəsini müəyən edərək, bir-birinin ardınca 20 raket atdı. Bir müddət ətrafa sakitlik çökdü. Çox keçmədən ermənilər yenidən top atəşinə başladılar. Mərmilərdən biri maşının düz üstünə düşdü. Qasım ömrünün 22-ci baharında əbədiyyətə qovuşdu.
Evli idi.
Azərbaycan Respubilkası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Rzayev Qasım Qara oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Əlibəyli kənd qəbristanlığında dəfn olunmuşdur. Hacallı kənd orta məktəbi onun adını daşıyır.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX