info@veten-ugrunda.az
 
Rzayev Canbulaq Yaqub oğlu
Tarix: 15-10-2015 16:58   |  Müəllif: vetenugrunda |  Baxılıb: 2055

Rzayev Canbulaq Yaqub oğlu
1968-ci il fevral ayının 26-nda Ağdam rayonunun Çuxurməhlə kəndində dünyaya göz açıb. Əhmədavar kənd orta məktəbinin səkkizinci sinifini bitirdikdən sonra, bir müddət kolxozda işləyib. 1988-ci ildə ordu sıralarına çağrılıb. Hərbi xidmətini raket qoşunları hissəsində keçir. Burada hərbi texnikanın sirlərinə mükəmməl yiyələnir. Hərbi xidməti elə bir vaxta təsadüf edirdi ki, erməni quldurları tez-tez kəndlərimize soxulur, görünməmiş vəhşiliklər törədirdilər. Sovet Ordusunda xidməti başa çatdıqdan sonra o, hərbi hissədə qalıb təhsilini davam etdirdi. Leytenant rütbəsi aldı.
O, komandanlığına raport yazıb Azərbaycana qayıtdı.
Ölkəmiz həyəcanlı günlər yaşayırdı. Canbulaq bir kamandir kimi Xramort, Xanabad, Əsgəran, Qarakənd, Gülablı kəndləri uğurunda gedən döyüşlərdə rəşadətlə vuruşdu.
1992-ci il fevralın 26-ı... Qəfil gələn xəbər Canbulağı sarsıtdı. Ermənilər Xocalıya soxularaq rus silahlı birləşmələrinin köməyilə qanlı qırğın törətmişdi. Od tutub yanan şəhərin yüzlərlə sakini qətlə yetirilmiş, canını götürüb qaçanlar isə Qarabağ boyunca hara gəldi səpələnmişdilər.
Canbulaq Qaraqaya kəndinə tərəf üz tutdu. Kənd hər tərəfdən güclü atəş altındaydı. Xocalıdan çıxan əhalinin xeyli hissəsi bu kəndə sığınmışdı.
Dalbadal iki sərrast atəş... Düşmən mövqeyi bir göz qırpımında darmadağın edildi. Bunu görən döyüşçülərimiz kənddə sığınacaq tapmış qız –gəlinləri oradan çıxardılar. Az keçmədi ki, düşmən yenidən Qaraqayanı hədəfə aldı. Cəsur komandir düşməni yenə cavab atəşilə qarşıladı. Bu onun son döyüşü oldu. Canbulaq bu döyüşdə əsl qəhrəman kimi həlak oldu.
Evlidir. İki oğlu var.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Rzayev Canbulaq Yaqub oğluna ölümündən sonra “Azərbaycanin Milli Qəhrəmanı” adı verilmişdir.
Məzarı düşmən tapdağında olan Ağdam şəhərindəki Şəhidlər Xiyabanındadır.











 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX