info@veten-ugrunda.az
 
Rüstəmov Hidayət Eldar oğlu.
Tarix: 15-10-2015 16:51   |  Müəllif: vetenugrunda |  Baxılıb: 2140

Rüstəmov Hidayət Eldar oğlu.
Rüstəmov Hidayət Eldar oğlu 19 avqust 1970-ci ildə Ağdam rayonunun Xıdırlı kəndində dünyaya göz açıb. Burada səkkizillik məktəbi bitirdikdən sonra, təhsilini Ağdam şəhərindəki 50 saylı texniki-peşə məktəbində davam etdirir. 1988-90-cı illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olub.
Hidayət Rüstəmov hələ məktəbdə oxuyarkən polis sistemində işləmək arzusu ilə yaşayırdı. 1991-ci ildə Ağdam rayon Daxili İşlər Şövbəsinin post-patrul alayına qəbul edildi.
Eldar ilk günlərdən bir polis çavuşu kimi torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edərək, döyüş rəşadəti göstərirdi. Ancaq Hidayətin ömür yolu o, qədərdə uzun olmadı.
23 dekabr 1991-ci il erməni yaraqlılarının Meşəli kəndinə nöbəti hücumu zamanı kəndi mühasirəyə alır. Dinc əhalini xilas etmək üçün Ağdam rayon DİŞ-nin əməkdaşları döyüşə girdilər. Cəsur polis çavuşu Hidayət Rüstəmov boş evlərin birində özünə mövqe seçdi. Qüvvələr qeyri-bərabər idi. Hidayət qorxu bilmədən, yaxınlaşan düşmənə gözlənilməz zərblər endirdi. Lakin erməni yaraqlıları onun qurduğu istehkamı yardılar. Quldurlar cəsur döyüşçünün təslim olmadığını görüb, evə od vurdular. Hidayət qorxmadan cəsurluq göstərərək son qanına kimi vuruşdu. Hidayət bu döyüşdə qəhrəmancasına şəhid oldu.
Hidayət subay idi.
Azərbaycan Resbublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Rüstrəmov Hidayət Eldar oğluna ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” adı verilmişdir.
Ağdam rayonunda Şəhidlər Xiyabanında dəfn edilmişdir.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX