info@veten-ugrunda.az
 
Quliyev Zabit Adil oğlu
Tarix: 15-10-2015 16:44   |  Müəllif: vetenugrunda |  Baxılıb: 3951

Quliyev Zabit Adil oğlu
Quliyev Zabit Adil oğlu 6 iyun 1975-ci ildə Kürdəmir rayonunun Ərəbxana kəndində dünyaya göz açıb. 1992-ci ildə Ərəbxana kənd orta məktəbini bitirib. Bir müddət doğma kəndlərində təsərrüfat işləri ilə məşğul olur, mexanizator kimi əkin-biçində iştirak edir. Zəhmətkeş bir ailədə böyüdüyünə görə, onun üçün çətin iş yox idi.
Quliyev Zabit Adil oğlu 1993-cü ilin sentyabrında Kürdəmir rayon Hərbi Komissarlığı tərəfindən Milli Orduya çağrılır və bir başa döyüş bölgəsinə göndərilir. O, özünü cəsur bir əsgər və bacarıqlı döyüşçü kimi göstərirdi.
Zabit Quliyev Füzuli, Ağdam Ağdərə və Tərtər bölgələrində gedən döyüşlərdə rəşadətlə vuruşur. O, ölüm-dirim məqamlarında belə öz sayıqlığını, mətinliyini və soyuqqnlılığını itirməyərək sərrast atəşlə düşmənin ağır döyüş texnikasını sıradan çıxarır və bir neçə hücumun qarşısının alınmasında yüksək döyüş məharəti göstərir. Təkcə Seysulan kəndində gedən ağır döyüşlər zamanı o, düşmənin dörd tankını vurur.
Qəddar və məkirli ermənilər tərəfindən cəlb edildiyimiz müharibənin bütün ağrı-acılarını o da qeyrətli Vətən övladları ilə birgə yaşayır. Qismətinə düşən bu sarsıntılı, məşəqqətli günlərdən, ağır sınaqlardan üzüağ, alnıaçıq çıxmış, özünü mahir atıcı kimi tanıtmışdır. Onun həyat yolu gənclərimiz üçün bir örnəkdir, qəhrəmanlıq məktəbidir.
Ailəlidir. Bir övlad atasıdır.
Azərbaycan Resbublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Quliyev Zabit Adil oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.











 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX