info@veten-ugrunda.az
 
Quliyev Mirzə Məcid oğlu
Tarix: 15-10-2015 16:39   |  Müəllif: vetenugrunda |  Baxılıb: 3346

Quliyev Mirzə Məcid oğlu
Quliyev Mirzə Məcid oğlu 11 yanvar 1974-cü ildə Bərdə rayonunun Saatlı kəndində anadan olub. 1980-ci ildə Saatlı kənd orta məktəbinin birinci sinifinə gedib, 1991-ci ildə bitirir. Elə həmin il Mingəçevir şəhərindəki 39 saylı texniki-peşə məktəbində təhsilini davam etdirmiş və qaynaqçı peşəsinə yiyələnir.
1992-ci il avqustun 25-də Bərdə rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılır. O, Naxçıvan Muxtar Resbublikasının Sədərək rayonu ərazisində PDM-də tuşlayıcı atıcı kimi döyüşə başlayaraq, Batabat ərazisində gedən döyüşlərdə mərdliklə vuruşur.
1993-cü il iyulun 28-də Ağdam bölgəsində döyüşür. Sonra Füzuli bölgəsinə göndərilir. Quliyev Mirzə Məcid oğlu Füzuli, Tərtər və Ağdərə rayonları uğrunda gedən qanlı döyüşlərdə əsl fədakarlıq nümunəsi göstərir, PDM-lə düşmənin bir neçə tankını və xeyli canlı qüvvəsini məhv edir.
Resbublika Prezidentinin 15 yanvar 1995-ci il tarixli fərmanı ilə, döyüşlərdə göstərdiyi şücaətə görə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilir. Mirzə Quliyev dövlətçiliyimizin qorunmasında öz vətənpərvərlik borcunu layiqincə yerinə yetirir. Göstərdiyi şəxsi şücaətə görə 15 yanvar 1995-ci ildə “İgidliyə görə” medalı ilə təltif edilir.
Azərbaycan Resbublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Quliyev Mirzə Məcid oğlu döyüşlərdə göstərdiyi rəşadətə görə daha yüksək ada – “Azərabaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülür.
M. Quliyev 1995-ci ildə Polis Akademiyasının qiyabi daxil olur. 1996-cı ilin oktyabr ayında çavuş rütbəsi ilə Milli Ordu sıralarından azad edilərək, Daxili İşlər Orqanlarına işə göndərilir. 1997-ci ildə Bakı şəhər Baş Polis İdarəsinin Çevik Polis Alayında polis nəfəri kimi fəaliyyətini davam etdirir. 2003-cü il mart ayının 5-də Daxili İşlər Nazirliyinin əmri ilə ona leytenant rütbəsi verilmiş və Nəsimi rayon 20-ci polis bölməsində əməliyyat müvəkkili təyin edilir. Sonra isə kapitan rütbəsində, həmin bölmədə Cinayət Axtarışı Üzrə Baş Əməliyyat Müvəkkili vəzifəsində öz işini davam etdirir.
Ailəlidir. Bir övladı var.












 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX