info@veten-ugrunda.az
 
Qədiməliyev Arif Massif oğlu
Tarix: 15-10-2015 16:31   |  Müəllif: vetenugrunda |  Baxılıb: 1800

Qədiməliyev Arif  Massif oğlu
Qədiməliyev Arif Massif oğlu 13 iyul 1975-ci ildə Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olub. 1992-ci ildə burada orta məktəbi bitirdikdən sonra bir müddət “Nəvai” adına savxozda işləyib.
1993-cü ildə Ağstafa rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılır. O, Sumqayıtda və Qusarda hərbi təlim keçir.
1994-cü il yanvrarın 18-də cəbhəyə göndərilir. O, ilk döyüşlərə kəşfiyyatçı kimi başlayır. Hərbi təlimlərdə qazandığı təcrübə, mətinlik qızğın döyüşlərdə onun köməyinə çatırdı. O, 172 saylı hərbi hissənin tərkibində Füzuli, Kəlbəcər, Murovdağ uğrunda gedən döyüşlərdə yaxından iştirak edir, həm kəşfiyyatçı, həm də nişançı-atıcı kimi komandirlərin hörmət və təşəkkürlərini qazanır. O, Vətən torpağının hər qarışını öz canından əziz tuturdu. Qədiməliyev Arif Massif oğlu Ağdərə, Tərtər bölgələrində aparılan əməliyyatlarda rəşadət nümunəsi göstərirdi.
1995-ci ilin 13-17 mart hadisələri... Bu, müstəqil Azərbaycanın tarixində ən faciəli səhifələrdən biri idi. O, dövlət çevrilişi cəhdinin qarşısının alınmasında, dövlətçiliyimizə qənim kəsilən qüvvələrin zərərsizləşdirilməsində, müstəqil Azərbaycan uğrunda öz canını qurban verdi.
Subay idi.
Azərbaycan Resbublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Qədiməliyev Arif Massif oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verimişdir.
Dağ Kəsəmən kəndində dəfn edilmişdir.
Ağstafa şəhərində büstü qoyulmuşdur, adına mədəniyyət evi var.











 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX