info@veten-ugrunda.az
 
Polovinko Ruslan Aleksandroviç
Tarix: 15-10-2015 16:24   |  Müəllif: vetenugrunda |  Baxılıb: 2645

Polovinko Ruslan Aleksandroviç
Polovinko Ruslan Aleksandroviç 21 oktyabr 1969-cu ildə Xarkov vilayətinin Zmiyev şəhərində mühəndis ailəsində doğulub. 1987-ci ildə Sızran Ali Hərbi Təyyarəçilər Məktəbinə daxil olur. Ali məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra -1991 ci ildə Naxçıvan şəhərində yerləşən 15425 saylı hərbi hissəyə göndərilir. Azərbaycanda Hərbi Hava Qüvvələri yaradılanda o, xidmətini Bakı Əlahiddə Vertalyot Eskadrilyasında təyyarəçi-operator vəzifəsində davam etdirir.
O, 1992-ci ildən başlayaraq erməni hərbi birləşmələrinə qarşı keçirilən əməliyyatlarda fəal iştirak edir. Bu, danılmaz bir faktdır ki, Azərbaycana qarşı keçirilən əməliyyatlarda erməni faşistləri ilə yanaşı xarici ölkələrdən dəvət olunmuş muzdlular da iştirak edirdi. Bu faktı dünya ictimayətinə sübut etmək lazım idi. Məhz Ruslan həmin həmin quldurların cəsədlərini ələ keçirməyə müvəffəq oldu.
Qubadlı, Laçın, Ağdərə uğrunda gedən döyüşlərdə səma qartalı düşmənin başına od ələyirdi. 6 avqust 1992-ci ildə Kasapet yüksəkliyində özünə mövqe seçən düşmən, piyada döyüşçülərimizi çətin vəziyyətə salır. Bundan xəbər tutan səma qartalları bircə anda səmaya qalxdılar. Mİ-24 vertalyotunda üç dəfə təhlükəli zonaya uçuş keçirən cəsur şahinlər düşmənin mövqelərini darmadağın etdilər. Onlar, həmçinin atəş altında yaralıları, meyitləri də çıxarmağa müvəffəq oldular. Dördüncü uçuşda vertalyot raket atəşinə tutuldu. Bu, onların son uçuşu oldu. Həmin gün vertalyotun bütün heyyəti- Z. Məcidov, C. Rəhimov və R. Polovinko qəhrəmancasına həlak oldular.
Azərbaycan Resbublikası Prezidentinin 14 sentyabr 1992-ci il tarixli 204 saylı fərmanı ilə Polovinko Ruslan Aleksandroviç ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Doğulduğu Zmiyev şəhərində dəfn edilmişdir.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX