info@veten-ugrunda.az
 
Nuriyev Elnur Eyvaz oğlu
Tarix: 15-10-2015 16:11   |  Müəllif: vetenugrunda |  Baxılıb: 1849

Nuriyev Elnur Eyvaz oğlu
Nuriyev Elnur Eyvaz oğlu 22 avqust 1975-ci ildə Zəngilan rayonunun Cahangirbəyli kəndində dünyaya göz açıb. 1982-ci ildə burada birinci sinifə gedib. 1992-ci ildə orta məktəbi bitirərək sənədlərini Bakı Ali Hərbi Komandirlər Məktəbinə verib, lakin daxil ola bilməyib. 1993-cü ilin oktyabr ayında Zəngilan rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına həqiqi hərbi xidmətə çağrılır.
Elnur qısa müddət ərzində təlim-məşq toplanışı keçdikdən sonra, erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmək üçün Füzuli döyüş bölgəsinə göndərilir. O, minaaxtaran batareyanın tərkibində bölmə komandiri kimi Alxanlı, Kürdmahmudlu kəndləri istiqamətində gedən döyüşlərdə iştirak etir. Həmin ərəfədə Tərtər bölgəsində vəziyyət xeyli ağır idi. Erməni hərbi qüvvələri əks hücuma keçərək, rayonun bir neçə kəndini ələ keçirir. Nuriyev Elnur Eyvaz oğlu xidmət etdiyi hərbi hissəni həmin bölgəyə köməyə göndərdilər. Qapanlı, Seysulan kəndlərinin düşməndən azad edilməsində o, döyüş əzmkarlığı nümayiş etdirərək, şücaət göstərir.
1994-cü ilin sentyabr ayında onu Gəncə şəhərinə göndərilir. Burada o, 1994-cü il 4-5 oktyabr hadisələrində -Gəncə qiyamının yatırılmasında iştirak etdi və döyüş tapşırığını yerinə yetirərkən həlak oldu.
Subay idi.
Azərbaycan Resbublikası Prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 saylı fərmanı ilə Nuriyev Elnur Eyvaz oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Kürdəmir şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX