info@veten-ugrunda.az
 
Niftəliyev Cəmil Səmədxan oğlu.
Tarix: 15-10-2015 16:06   |  Müəllif: vetenugrunda |  Baxılıb: 3024

Niftəliyev Cəmil Səmədxan oğlu.
Niftəliyev Cəmil Səmədxan oğlu 5 oktyabr 1968-ci ildə Yardımlı rayonunun Şəfəqli kəndində anadan olub. 1975-ci ildə Bakı şəhərinin Lökbətan qəsəbəsinə köçüb. Orta təhsilini Qarabağ rayonunun 233 saylı Lökbatan qəsəbə orta məktəbində alıb. O, 1986-cı il oktyabrın 11-də hərbi xidmətə çağrılıb. Özbəkistanda dörd ay snayperlik kursunda hazırlıq keçdikdən sonra Əfqanıstana göndərilib.
Atıcı batalyonunda xidmət edən Cəmil müharibənin nə qədər ağır, dözülməz və çətin olduğunu burada başa düşdü. Lakin bu barədə evlərinə bir kəlmə də olsun yazmırdı. O, ağır döyüş əməliyyatlarının birində yaralandı. Bir neçə ay hospitalda müalicə olunduqdan sonra, yenidən hərbi hissəyə qayıtdı. Xidmət zamanı göstərdiyi şücaətlərə görə bir neçə dəfə medallarla, fəxri fərmanlarla təltif edildi. 27 oktyabr 1989-cü il tarixində ordudan tərxis olundu. Niftəliyev Cəmil Səmədxan oğlu vətənə dönərək Daxili İşlər Nazirliyinin Səbail rayon Yanğından Mühafizə İdarəsində işləməyə başladı.
Həmin vaxtlar erməni təcavüzü yenicə başlamışdı. Bir peşəkar hərbiçi kimi Cəmil Vətənin onun kimi oğullara ehtiyacı olduğunu bilərək, rəhbərliyə raportla müraciət edir. O, 1992-ci il martın 10-da torpaqlarımızı erməni işğalçılarından müdafiə etmək üçün cəbhəyə yollandı. Cəbhədə ezamiyyət müddəti bitəndən sonra yenidən komandanlığa müraciət edərək döyüş bölgəsində qalmağa razılıq alır. O, Ağdam döyüş bölgəsində vuruşur. Bir çox əməliyyatlarda mərdliklə vuruşan cəsur döyüşçü 1992-ci il martın 29-da Ağdamın Şelli kəndində gedən döyüşlərdə qəhrəmancasına həlak oldu.
Subay idi.
Azərbaycan Resbublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Niftəliyev Cəmil Səmədxan oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Bakıdakı Şəhidlər Xiyabanında dəfn olunub.
Təhsil aldığı 233 saylı orta məktəb və Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən gəmisi Niftəliyev Cəmil Səmədxan oğlunun adını daşıyır.











 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX