info@veten-ugrunda.az
 
Nəsirov Yalçın Canhəsən oğlu
Tarix: 15-10-2015 15:47   |  Müəllif: vetenugrunda |  Baxılıb: 2947

Nəsirov Yalçın Canhəsən oğlu
Nəsirov Yalçın Canhəsən oğlu 23 yanvar 1976-cı ildə Astara rayonunun Sərək kəndində anadan olub. 1992-ci ildə orta təhsilini başa vurduqdan sonra sürücü peşəsinə yiyələnir. 1994-cü il aprelin 19-da Astara rayon Hərbi Komissarlığı tərəfindən Milli Orduya çağrılır. O, Daxili Qoşunların tərkibində Lökbatanda iki ay hərbi təlim keçir, sonra xidmətini Tərtər və Şamaxı rayonlarında davam etdirir.
Nəsirov Yalçın Canhəsən oğlu komandirlərin tapşırıqlarını vaxtında yerinə yetirirdi. Gənc əsgər böyük arzularla yaşayırdı. Lakin bu zaman 1995-ci ilin məlum mart hadisələri başladı. Müstəqilliyimizin qorunub saxlanmasında Nəsirov Yalçın Canhəsən oğlununda Milli Ordunun əsgəri kimi öz vətənpərvərlik borcunu yerinə yetirirdi. O, martın 13-də 17-nə kimi keçirilən bütün əməliyyatlarda iştirak etdi, 17-dən 18-nə keçən gecə ağır yaralandı. Çoxulu qan itirən Yalçın Canhəsən oğlunu təcili olaraq Sabunçu rayon xəstəxanasına çatdırdılar. Lakin həkimlər onu həyata qaytara bilmədilər.
Subay idi.
Azərbaycan Resbublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Nəsirov Yalçın Canhəsən oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Sərək kəndində dəfn olunub. Sərək kənd orta məktəbi onun adını daşıyır. Astaradakı “Qəhrəmanlar bağı”nda büstü qoyulub.











 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX