info@veten-ugrunda.az
 
Nəsibov Mərifət Əhməd oğlu
Tarix: 15-10-2015 15:33   |  Müəllif: vetenugrunda |  Baxılıb: 2349

Nəsibov Mərifət Əhməd oğlu
Nəsibov Mərfət Əhməd oğlu 22 may 1972-ci ildə Qazax rayonunun Məzəm kəndində dünyaya göz açıb. O, 1979-cu ildə burada məktəbə gedib, 1989-cu ildə isə Aşağı Əskipara kənd orta məktəbini bitirib. 1990-cı ildə Qazax rayon Hərbi Komissarlığının göndərişi ilə sürücülük peşəsinə yiyələnib. Elə həmin il hərbi xidmətə çağrılıb. Sovet Ordusu sıralarınada bir il xidmət etdikdən sonra Vətənə qayıtmış və könüllü olaraq Milli Orduya yazılıb.

Nəsibov Mərfət Əhməd oğlu ilk gündən torpaqlarımızın müdafiəsində fəal iştirak edərək, şəxsi igidlik və fədakarlıq nümunəsi göstərib. Mərfət Nəsibov torpağa, döyüş dostlarına çox sadiq bir gənc idi. O, həmişə öndə gedir, Qazax rayonunun Ermənistanla sərhəd kəndlərini cəsur bir əsgər kimi qoruyurdu.

1992-ci il yanvar ayının 28- də Nəsibov Mərfət Əhməd oğlunun son döyüşü olur… O, Qazax rayonunun Quşçu Ayrım kəndində gedən mövqe döyüşləri zamanı qəhrəmancasına həlak oldu.

Subay idi.
Azərbaycan Resbublikası Prezidentinin 7 iyul 1992-ci il tarixli 833 saylı fərmanı ilə Nəsibov Mərifət Əhməd oğluna ölümündən sonra “Azərbacanın Milli Qəhrəmanı” adı verilmişdir.

Qazax rayonunun Məzəm kəndində dəfn edilmişdir.

Qazax rayonundakı H. Əliyev adına parkda adına bulaq tikilmişdir.











 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX