info@veten-ugrunda.az
 
Nəcəfov Yunis İsa oğlu
Tarix: 15-10-2015 15:29   |  Müəllif: vetenugrunda |  Baxılıb: 2785

Nəcəfov Yunis İsa oğlu
Nəcəfov Yunis İsa oğlu 31 avqust 1967-ci ildə Kəlbəcər rayonunda anadan olub. 1975-ci ildə Xanlar rayonunun Alabaşlı kəndində məktəbə gedib. 1985-ci ildə Goranboy rayonunun Qarqucaq kənd orta məktəbini bitirib. Hərbiyə olan marağı onu Bakı Ali Komandirlər məktəbinə gətirir. Yunis ikinci kursdan
təhsilini Çelyabinsk Tank Məktəbində davam etdirir. O, 1989-cu ildə leytenant rütbəsi alır və oradakı hərbi hissələrin birində qulluğa başlayır. 1990-cı ildə 20 Yanvar faciəsi ilə bağlı siyasi çıxışlarına görə hərbi sahədən uzaqlaşdırılır. O, Bakıya qayıdır və Biləcəri Dəmiryol İdarəsində çalışmağa başlayır. Burada bir müddət mühəndis işləyir. O, idmanda da böyük həvəs göstərirdi. Sambo üzrə idman ustalığına namizəd idi.
Vətənimizin başını qara buludalar alanda gənc leytenant rahatlıq tapmır. O, 1991-ci ildə könüllü olaraq cəbhəyə yollanır və 701 saylı hərbi hissədə bölük komandiri kimi xidməti vəzifəsinə başlayır.
Cəsur döyüşçü Kərkicahan, Malıbəyli kəndlərinin, Şuşa şəhərinin alınmasında iştirak edir. Bir müddətdən sonra onu, döyüşə yeni əsgərlər hazırlamaq məqsədilə Bakıya göndərirlər. Şuşa və Laçın rayonları ağır sınaqlarla üz-üzə qalanda Nəcəfov Yunis İsa oğlu yenidən cəbhəyə qayıdır. O, Kəlbəcər kəndlərinin müdafiəsində iştirak edir, bir neçə kəndin geri alınmasında igidlik göstərir. Baş leytenent Nəcəfov Yunis İsa oğlunun son döyüşü 24 qavqust 1992-ci ildə olur. O, Vəng kəndinin azad olunması uğrunda gedən döyüşlərdə böyük rəşadət göstərərək, şəhid olur.
Subay idi.
Azərbaycan Resbublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə baş leytenanat Nəcəfov Yunis İsa oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.
Goranboy rayonunun Qarqucaq kəndində dəfn edilmiş, Goranboy rayonunda və Biləcəri qəsəbəsində büstü qoyulmuşdur.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX