info@veten-ugrunda.az
 
ƏSƏDOV RƏFAEL ƏVƏZ oğlu
Tarix: 15-10-2015 15:22   |  Müəllif: vetenugrunda |  Baxılıb: 1688

ƏSƏDOV RƏFAEL ƏVƏZ oğlu
Azərbaycanın Milli Qəhrəmanı Əsədov Rəfael Əvəz oğlu 27 oktyabr 1952-ci ildə Gəncə şəhərində dünyaya göz açıb. 1969-cu ildə orta məktəbi bitirdikdən sonra Tbilisi Ali Artilleriya Məktəbinə daxil olub. O, 1973-cü ildə hərbi məktəbi bitirərək, təhsilini Sankt-Peterburq Hərbi Artilleriya Akademiyasında davam etdirib. Rəfael Əsədov ali təhsilini başa çatdırdıqdan sonra SSRİ Silahlı Qüvvələrinin məhdud kontingenti tərkibində Macarıstan, Vyetnam və Əfqanıstanda qulluq edərək, leytenant rütbəsindən polkovnik rütbəsinədək yüksəlib.
1991-ci il... Azərbaycanın başının üstünü qara buludlar aldığı vaxt gənc zabit qəlbinin hökmü ilə Vətənə qayıtdı, öz taleyini təzəcə yaranmaqda olan Milli Ordu ilə bağladı. Artilleriyanın təkmilləşdirməsində, müasir zenit batareyalarının yaradılmasında bilik və bacarığını əsirgəmədi. Polkovnik Rəfael Əsədov artilleriya korpusunun komandiri təyin edildi. O, Ağdam, Goranboy, Tovuz, Gədəbəy döyüş bölgələrində aparılan hərbi əməlıyyatların təşkilatçısı və fəal iştirakçısı oldu. Onun apardığı döyüş əməliyyatlarının əksəriyyəti uğurla nəticələnirdi. Cəsur komandir 12 noyabr 1992-ci ildə Ağstafa bölgəsində növbəti əməliyyata hazırlıq zamanı döyüş mövqelərinə nəzarət edərkən, yaxınlıqda partlayan mərmi qəlpələrindən həlak olub.
Evli idi. İki övladı var.
Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 saylı fərmanı ilə polkovnik Əsədov Rəfael Əvəz oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.












 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX