info@veten-ugrunda.az
 
ƏSƏDOV ƏSƏD SOLTAN oğlu
Tarix: 15-10-2015 15:20   |  Müəllif: vetenugrunda |  Baxılıb: 2121

ƏSƏDOV ƏSƏD SOLTAN oğlu
Əsədov Əsəd Soltan oğlu 22 mart 1956-cı ildə Zəngilan rayonunun Turabad kəndində doğulub. 1975-ci ildə Mincivan qəsəbə orta məktəbini bitirdikdən sonra Sovet Ordusu sıralarına çağırılıb. Hərbi xidmətini başa vurduqdan sonra Saratov vilayətinin Krasnokutsk şəhərindəki Təyyarəçilik Məktəbinin mülki aviasiya şöbəsinə daxil olub.
1976-cı ildə təyyarələrin uçuş istismarı peşəsinə yiyələnərək, Yevlax Mülki Aviasiya İdarəsində öz ixtisası üzrə işləməyə başlayıb. O, qısa müddətdə kollektivin rəğbətini qazanıb.
Erməni işğalcılarının torpaqlarımıza təcavüzü başlayanda, o da mübarizəyə qoşuldu. Əsəd Əsədov təcrübəlı təyyarəçi kimi dəfələrlə döyüş bölgələrinə uçuşlar etmiş və hər dəfə də ekstremal vəziyyətlərdə düzgün qərar qəbul edərək, düşmənin layiqli cavabını verib. Yevlax Aviasiya Şirkətinə məxsus AN-2 təyyarəsinin komandiri Əsəd Əsədov Qarabağ səmasında çoxsaylı uçuşlar keçirib.
29 oktyabr 1991-ci il... O, 9 nəfər döyüşçü ilə səmaya qalxdı. Xocalı aeroportuna köməyə can atan cəsur döyüşçülər Xanabad kəndi üzərindən uçarkən düşmən tərəfindən güclü atəşə tutuldu. Cəsur komandir bu uçuş zamanı heyət üzvləri ilə birlikdə həlak oldu.
Ailəli idi. Dörd övladı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 saylı fərmanı ilə Əsədov Əsəd Soltan oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Zəngilan rayonunda dəfn edilib.
Hazırda onun doğma rayonu erməni işğalı altındadır.
Zəngilan rayon Turabad kənd orta məktəbi və Mincivan qəsəbəsindəki mərkəzi küçələrdən biri onun adını daşıyır.











 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX