info@veten-ugrunda.az
 
ƏLIYEV YUSİF ƏLİYUSİF oğlu
Tarix: 15-10-2015 15:08   |  Müəllif: vetenugrunda |  Baxılıb: 2692

ƏLIYEV YUSİF ƏLİYUSİF oğlu
Azərbaycanın Milli Qəhrəmanı Əliyev Yusif Əliyusif oğlu 2 dekabr 1969-cu ildə Bakının Qobustan qəsəbəsində anadan olub. Qəsəbədəki 223 saylı orta məktəbi bitirdikdən sonra Qobustan Avtomobil Nəqliyyatı İdarəsində əmək fəaliyyətinə başlayıb. 1988-ci ildə ordu sıralarına çağırılıb, hərbi xidmətini Sverdlovsk şəhər piyada qoşun hissəsində çəkib. 1990-cı ildə ordudan tərxis olunaraq Bakıya qayıdır.Yusif kimi boylu-buxunlu, cəsarətli, qorxubilməz igidlərə hər yerdə ehtiyac var idi. Daxili İşlər İdarəsində daha çox...
1990-cı il avqustun 23-də o, DİN-nə müraciət edir. Onun arzusunu yerinə yetirirlər. Polis əməkdaşları Dağlıq Qarabağ münaqişəsinin başladığı ilk gündən torpaqlarımızın müdafiəsində fəal iştirak edirdilər.
Yusif Əliyevin əmrini post-patrul xidməti alayının 3-cü rotasına vermişdilər.
Az müddət ərzində o, iş yoldaşlarının sevimlisinə çevrilmişdi.
1991-ci ilin fevralı... Yusif Əliyev Goranboyda ilk döyüş sınağından çıxır. Silahlı erməni quldurları Buzluq, Mənəşid və Erkəc kəndləri tərəfdən pusqu quraraq tez-tez basqınlar edir, yolları kəsirdilər. Fevralın 24-də səhər sübhdən 500--ə yaxın erməni qulduru Mənəşid kəndinə hücuma keçmişdi. Qüvvələr qeyri-bərabər idi. Polis dəstəsi öz əlverişli mövqelərini qoruyub saxlamağa çalışmaqla yanaşı düşməni planlı şəkıldə yaxına buraxır və müxtəlıf səmtlərdən onları hədəfə alırdılar. Əvvəlcə hər şey nəzərdə tutulduğu kimi gedirdi. Lakin düşmən xeyli itki versə də, geri çəkılmək istəmirdi. Dəstənin döyüş sursatı tükənmək üzrə idi. Bunu görən Yusif Əliyev 14 nəfərdən ibarət bir qrup yaradaraq əlbəyaxa döyüşə atıldı. Gözlənilməz hücumdan çaş-baş qalan ermənilər pərən-pərən düşdülər...
1991-ci il sentyabrın 14-ü... Düşmən Buzluq kəndinə hücuma keçmişdi. Ölüm-dirim savaşına girən dəstədən xəbər gəlır ki, əsgərlərin sursatı tükənib. Yusif güllə yağışı altında Buzduğa sursat çatdırmağa müvəffəq olur. Lakin bu, onun həyatı bahasına başa gəlir...
Ailəli idi.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Əlıyev Yusif Əliyusif oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Ağsu rayonunun Rəhimli kəndində dəfn edilib. Qobustan qəsəbəsindəki 195 saylı orta məktəb Qəhrəmanın adını daşıyır. Məktəbdə büstü qoyulub










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX