info@veten-ugrunda.az
 
ƏLİYEV VASİLİ ƏHMƏD oğlu
Tarix: 15-10-2015 15:04   |  Müəllif: vetenugrunda |  Baxılıb: 2204

ƏLİYEV VASİLİ ƏHMƏD oğlu
Vasili Əhməd oğlu Əliyev 1959-cu il yanvarın 15-də Qarabağın ayrılmaz hissəsi olan Qubadlı rayonunda dünyaya gəlib. 1966-cı ildə birinci sinfə getmiş, 1976-cı ildə orta təhsilini başa vurub.
1977-ci ildə Qubadlı rayon Hərbi Komissarlığı tərəfindən orduya çağırılıb. Daxili qoşunlarda xidmət etməsi Vasilinin polisə həvəsini daha da artırır. Vasili polis işçisi idi. Ordudan tərxis olunduqdan sonra onu mühafizə bölməsinə gözətçi, 1980-ci ildə isə rayon Daxili İşlər Şöbəsinə polis nəfəri kimi işə qəbul edirlər. O, nümunəvi işçi kimi hamının hörmətini qazanmışdı. Əla xidmətinə görə Daxili İşlər Nazirliyi onu “ Polis əlaçısı” döş nişanı ilə təltif etmişdi.
O, 1988-ci ildən başlayaraq tez-tez döyüş meydanlarında olur, əhalinin təhlükəsizliyinin təmin edilməsində fədakarlıq göstərirdi. 1989-cu ildə Qafan rayonunun Novruzlar kəndi yaxınlığındakı yüksəklikdə qurulmuş düşmən toplarının məhv edilməsində göstərdiyi qəhrəmanlıq onun şöhrətini hər yana yaydı. Vasili Əliyev öz dəstəsi ilə Seytas, Novlu və Yuxarı Cibikli kəndlərinin müdafiəsində də mərdliklə vuruşmuş, döyüş yoldaşlarının mühasirədən çıxarılmasında məharət və fədakarlıq göstərmişdi.
1992-ci il oktyabrın 19-da hərbçilərlə birlikdə polis işçiləri də Qaraqaya yüksəkliyi uğrunda döyüşə başladılar. Döyüş uğurla başa çatdı. Qələbədən ruhlanan döyüşçular oktyabrın 20-də Topağac yüksəkliyini azad etmək üçün hücuma keçdilər. Vasili öz dəstəsi ilə düşmən arxasına keçərkən mühasirəyə düşdü. Cəsur polis işçiləri mühasirəni yarmağı və son nəfəsədək vuruşmağı qərara aldılar. Onlar düşmənin xeyli canlı qüvvəsini məhv etdilər. Ancaq bu Vasilinin və onun dəstəsinin son döyüşü oldu. Onlar Vətən yolunda canlarından keçdilər.
Qarabağın üzərində qara buludların dolaşdığı zaman o, sevdiyi peşəsini yarımçıq qoyub könüllü olaraq döyüş bölgəsinə üz tutur. O, döyüşlərin ən qızğın, gərgin getdiyi nöqtələrə atırdı özünü. Onun qəlbində düşmənə qarşı güclü nifrət, kin var idi. O, doğma eli Qubadlının müdafiəsinə qatıldığı gündən bütün qanlı döyüşlərdə iştirak edib. İçindəki nifrət hissini düşmənə açdığı hər atəşdə daha aydın şəkildə göstərirdi. Onun simasındakı nifrət dolu baxışlar insana vahimə gətirirdi. Gözlərindən yağan bu acı dolu nifrət savaşa-savaşa Vasilini Topağac yüksəkliyi uğrunda gedən döyüşlərə gətirib çıxarmışdı. Ancaq əfsuslar olsun ki, rəşadətlə döyüşən bu cəsur döyüşçümüzün qəhrəmanlığı yağı gözündən yayınmır. Topağac yüksəkliyi uğrunda gedən qanlı döyüşlərdə Vasili Əliyev zalım gülləsinə tuş gələrək qəhrəmancasına şəhid olur. Onun döyüşlərdə göstərdiyi cəsarət və hünər rəhbərliyin diqqətindən yayınmır.
Azərbaycan Respublikası Prezidentinin 11 may 1993-cü il fərmanı ilə Vasili Əhməd oğlu Əliyevin qəhrəmanlığı yüksək qiymətə layiq görülür.
Ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. İgid döyüşçümüzün məzarı Qubadlı rayonunun Şəhidlər Xiyabanındadır. Ölümündən sonra iki övladı-bir oğlu və bir qızı yadigar qalıb. Qubadlı rayon Mədəniyyət evi və Diləli-Müskanlı kənd orta məktəbi qəhrəmanın adını daşıyır.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX