info@veten-ugrunda.az
 
Əliyev Nadir
Tarix: 15-10-2015 15:01   |  Müəllif: vetenugrunda |  Baxılıb: 2805

Əliyev Nadir
Əliyev Nadir Alış oğlu 30 iyul 1962-ci ildə Ağdam rayonunun Əliağalı kəndində doğulub. 1977-ci ildə Əliağalı kənd orta məktəbinin səkkizinci sinifini bitirib, ailəsi ilə birlikdə Bakıya köçüb. Elə həmin il Bakı Politexnik Texnikomuna daxil olub.1981-ci ildə texnikomu fərqlənmə diploma ilə bitirib, az sonra hərbi xidmətə çağırılır. O, 1983-cü ildə əsgəri xidmətini Qazaxıstanın Leninsk şəhərində başa vurub, Bakı Tunel Tikinti idarəsində əmək fəaliyyətinə başlayır. Bir il tikintidə çalışdıqdan sonra 1984-cü ildə sənədlərini Bakı Dövlət Universitetinə verir və hüquq fakultəsinə daxil olur. 1986-cı ildə onu bir neçə tələbə ilə birlikdə Moskva DTK-nin Dzerjinsk adına Ali Hərbi Məktəbinə göndərirlər. Nadir Əliyev 1991-ci ildə təhsilini əla qiymətlərlə başa vurub Bakıya dönür. Yüksək biliyini, təcrübəsini nəzərə alaraq, onu Milli Təhlükəsizlik Nazirliyinə işə qəbul edirlər. O, burada işləyə-işləyə BDU-da yarımçıq qalmış təhsilini də başa çatdırır. Nadir Vətənini, doğma torpağını öz canından artıq sevirdi. Qarabağda başlanan müharibə minlərlə insanı yurdsuz-yuvasız qoymuşdu. Nadirin gözündə qəzəb alovlanırdı. Öz xahişilə onu döyüş bölgəsinə göndərirlər. Nadir Əliyev Qarabağ və ətraf rayonlarda işlədiyi dövürdə cəsur bir döyüşçü, əməliyyatçı və həssas bir insan kimi əhalinin ümid yerinə çevrilmişdi. Nadir Əliyev baş əməliyyat müvəkkili kimi Ağdam, Şuşa, Ağdərə, Ağcabədi rayonlarında əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün əlindən gələni əsirgəmirdi.
1993-cü ilin iyul ayının əvvəlləri…Ağdam sanki can üstəydi. Erməni silahlı qüvvələri bu bölgəni üzük qaşı kimi mühasirəyə almışdı. Vaxt ötdükcə mövqelərimiz daralır, qədim bir yurd əlimizdən çıxırdı. Belə çətin günlərdə bəzi hərbi hissə rəhbəri də ərazini sahibsiz qoyub geri çəkilirdi. Düşmən Qiyaslı kəndi istiqamətindən böyük qüvvə ilə Ağdam şəhərinə girməyə can atırdı. Baş leytenant Nadir Əliyev əlavə qüvvələrin göndəriləcəyi ümidi ilə öz dəstəsinə irəli atılmağı əmr etdi. Qeyri -bərabər döyüş başlandı. Düşmən qüvvələri sayca çox olduğundan dəstəmiz çətin durumda qalmışdı. Atılan güllələrdən biri Nadirin sinəsini dəlib keçdi. O, ana yurdu Ağdamın qoynunda əbədiyyətə qovuşur.
Ailəlidir. İki övladı var .
Azərbaycan Resbublikası Prezidentinin 9 oktyabr 1994-cü il tarixli 218 saylı fərmanı ilə Əliyev Nadir Alış oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.
Suraxanı rayonundakı 282-saylı orta məktəb Qəhrəmanın adını daşıyır. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX