info@veten-ugrunda.az
 
Əliyev İLHAM MÜZƏFFƏR oğlu
Tarix: 15-10-2015 14:57   |  Müəllif: vetenugrunda |  Baxılıb: 3955

Əliyev İLHAM MÜZƏFFƏR oğlu
Azərbaycanın Milli Qəhrəmanı Əliyev İlham Müzəffər oğlu 5 may 1961-ci ildə Gədəbəy rayonunda anadan olmuşdur. Orta məktəbi 1978-ci ildə bitirib, 1980-ci ildə hərbi xidmətə çağırılır. 1982-ci ildə ordudan tərxis olunduqdan sonra Gədəbəy rayonunda Kommunal Təsərrufatı İdarəsində, sonra isə İsmayıllı rayonunda mexanikləşdirilmiş dəstədə çalışır. 1983-cü ildə onu DİN-nin təyinatı ilə İsmayıllı rayon DİŞ-nə qəbul edirlər. Bir müddətdən sonra işini Gədəbəy rayon DİŞ-nin mühafizə bölməsinə dəyişirlər.
İlham Əliyev 1985-ci ildə Bryansk Xüsusi Orta Milis Məktəbinə daxil olur. 1987-ci ildə Gədəbəy rayonunda sahə müvəkkili, Gəncə şəhər DİŞ-də sahə müfəttişi, sonra isə cinayət-axtarış bölməsində əməliyyatçı vəzifələrində çalışır. O, rəhbərlik tərəfindən dəfələrlə mükafatlandırılıb, “Milis əlaçısı” döş nişanına layiq görülür.
1988-90-cı illər... Erməni quldurları müxtəlif səmtlərdən Azərbaycanın ayrı-ayrı bölgələrinə silahlı basqınlar edir, dinc əhalini gülləbarana tuturdular. 19 avqust 1990-ci il... Leytenant İlham Əliyev torpaqlarımızın müdafiəsinə göndərildi.
Qazax rayonunun Aşağı Əskipara kəndi od-alov içində yanırdı. Ermənistanla həmsərhəd olan bu kənd fasiləsiz olaraq erməni yaraqlıları tərəfindən atəşə tutulurdu. İlham 11 nəfərlik dəstə ilə məktəbin binasını özünə mövqe seçir, quldurların kəndə soxulmasına mane olur. Düşmən ağır itki verməsinə baxmayaraq geri çəkilmək istəmir, kəndi mühasirəyə almağa çalışırdı. Artıq məktəb də təhlükə altında idi. İlham yoldaşlarını xilas etmək üçün düşməni özünə cəlb etdi. Vəziyyət anbaan çətinləşirdi. O, qarın nahiyəsindən ağır yaralandı. Onu Qazax rayon xəstəxanasına çatdırsalar da artıq gec idi...
Evlidir. Bir övladı var.
“ Qırmızı Ulduz “ ordeninə layiq görülüb.
Azərbaycan Respublikası Prezidentinin 6 iyul 1992-ci il tarixli 831 saylı fərmanı ilə İlham Müzəffər oğlu Əliyev ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Gədəbəy rayonunda dəfn edilib. Gədəbəy şəhərindəki 1 saylı orta məktəb Qəhrəmanın adını daşıyır. Məktəbin önündə büstü qoyulub.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX