info@veten-ugrunda.az
 
ƏLIYEV ETİBAR BÖYÜKAĞA oğlu
Tarix: 13-10-2015 16:32   |  Müəllif: vetenugrunda |  Baxılıb: 2308

ƏLIYEV ETİBAR BÖYÜKAĞA oğlu
Əliyev Etibar Böyükağa oğlu 11 iyul 1955-ci ildə Lənkəran şəhərində anadan olub. Buradakı 5 saylı orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra, 1969-cu ildə 34 saylı texniki-peşə məktəbində dülgər ixtisasına yiyələnib. 1973-cü ildə hərbi xidmətə çağırılmışdır. O, 1975-ci ildə Saratov vilayətində əsgəri xidmətini başa vurub doğma yurda dönür və Lənkəran şəhər Əhaliyə Məişət Xidməti İdarəsində əmək fəaliyyətinə başlayır. Bir müddət burada çalışdıqdan sonra Lənkəran Konserv Kombinatında , sonra isə “Sevinc” kiçik müəssisəsində işləyir.
O, respublikamızda baş verən ictimai-siyasi hadisələrdə yaxından iştirak edir, Xalq Hərəkatının öncüllərindən biri olur.
Respublikanın müstəqilliyi uğrunda canından belə keçməyə hazır olan Etibarı 1990-cı ildə keçmiş Sovet Ordusunun əsgərləri 30 gün həbsdə saxlayırlar. Lakin bu hədə-qorxu onu yolundan döndərə bilmir.
Ölkənin başını qara buludlar aldığı vaxtlarda Etibar öz doğma el-obasına dayaq olub. 1993-cü il avqustun 23-də “Talış-Muğan Respublikası” yaratmaq iddiası ilə dövlətimizi parçalamağa can atan bir qrup azğın separatçı Azərbaycanın cənub bölgəsində qatmaqarışıqlıq saldı. Bu ağır günlərdə neçə-neçə günahsız insan qətlə yetirildi. Azğınlaşmış cinayətkar ünsüllərin həddini aşmasına dözməyən qəhrəman oğullarımız ayağa qalxdılar. Keçirilən əməliyyatlarda Etibar Əlıyev xüsusi fəallıq göstərərək, ön cərgədə gedirdi. Onu “ Əhsən! Əhsən!”-deyə alqışlayırdılar. Nadan gulləsi ondan yan keçmədi. O, Vətənin bütövlüyü, suverenliyi yolunda qəhrəmanlıq göstərərək, əbədiyyətə qovuşdu.
Ailəlidir. İki qızı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 24 avqust 1993-cü il tarixli 740 saylı fərmanı ilə Əliyev Etibar Böyükağa oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Lənkəran şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Adına Lənkəran şəhərində küçə var. Şəhərin “23 Avqust” meydanında büstü qoyulub.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX