info@veten-ugrunda.az
 
ƏLİYEV ƏSGƏR ƏLƏKBƏR oğlu
Tarix: 13-10-2015 16:26   |  Müəllif: vetenugrunda |  Baxılıb: 1942

ƏLİYEV ƏSGƏR ƏLƏKBƏR oğlu
Əliyev Əsgər Ələkbər oğlu 8 noyabr 1974-cü ildə Lənkəran rayonunun Ləy kəndində anadan olub. 1982-ci ildə birinci sinifə gedib, 1989-cu ildə səkkizinci sinifi əla qiymətlərlə bitirib. O, 1990-cı ildən təhsilini Haftoni qəsəbə orta məktəbində davam etdirir. 1992-ci ildə orta məktəbi müvəffəqiyyətlə başa vurub, Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin tank-artilleriya fakultəsinin tələbəsi olur. O, dərslərini həvəslə oxuyur, komandirlərinin tapşırıqlarını sözsüz yerinə yetirirdi. Əsgər Əliyev yüksək döyüş və siyasi hazırlığa malik bir kursant kimi hamının hörmətini qazanmışdı.
Təhsilini xarici ölkələrin birində davam etdirərək general olmaq arzusuyla yaşayırdı. Məlum mart hadisələri onun arzusunu ürəyində qoydu.
17 mart 1995-ci ildə bir qrup vəzifə hərisi silahlanaraq hakimiyyəti zorla devirmək üçün dövlət çevrilişinə əl atdı. İqtidar bu qarşıdurmanın sülh yolu ilə nizama salınması üçün danışıqlar aparmağı təklif etdi. Lakin qarşı tərəf bu müdrik çağırışa məhəl qoymadı, nəticədə qan töküldü. Milli Ordunun əsgərləri silahlı dəstənin qarşısını almaq üçün əmr gözləyirdi. Əsgər Əliyev də onların arasında idi. O, son nəfəsinədək dövlətçiliyimizi müdafiə etdi. Ayağından yaralanmasına baxmayaraq, kursant Əsgər Əliyev dörd yaralını güllə yağışı altından çıxarmağa müvəffəq oldu. Axırıncı yaralını xilas etmək istəyərkən ikinci güllə Əsgər Əliyevin cavan ömrünə son qoydu.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Əliyev Əsgər Ələkbər oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Ləy kənd qəbristanlığında dəfn edilib.
Lənkəran rayonunda adına park var. Büstü qoyulmuş, xatirə lövhəsi vurulmuşdur. Haftoni qəsəbə orta məktəbində “ Xatirə güşəsi” yaradılıb.











 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX