info@veten-ugrunda.az
 
Əliyev Əmiraslan Rza oğlu
Tarix: 13-10-2015 16:24   |  Müəllif: vetenugrunda |  Baxılıb: 3453

Əliyev Əmiraslan Rza oğlu
Əliyev Əmiraslan Rza oğlu 30 avqust 1960-cı ildə naxçıvanda anadan olub. 1967-77-ci illərdə Üzeyir Hacıbəyov adına Naxçıvan şəhər 1 saylı orta məktəbində oxuyub. Məktəbi bitirdikdən sonra, 1977-79-cu illərdə Naxçıvan şərabçılıq zavodunda fəhlə işləyib. 1979-1981-ci illərdə SSRİ Silahlı Qüvvələrində xidmətdə olub. Bir müddət Ukrayana Resbublikasında xidmət edib, Hərbi xidmətini Polşada başa vurub. 1981-82-ci illərdə Naxçıvan Şüşə Qablar zavodunda həmçinin Vayxır Su Tikinti İdarəsində fəhlə işləyib.
İstehsalatda çalışmaqla yanaşı, təhsilini də davam etdirməyi unutmur. 1982-87-ci illərdə Naxçıvan Dövlət Pedoqoji inistitutunun tarix-filalogiya fakultəsini bitirir.
1992-ci ildə Azərbaycan Resbublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunlarında hərbi xidmətə çağrılır. O, bir sıra məsul vəzifələrdə çalışır, qarşısında duran vəzifələrin öhdəsindən həmişə layiqincə gəlir. Nümunəvi xidmətlərinə görə baş leytenant Əmiraslan Əliyev qərərgahın baş zabiti kimi yüksək vəzifəyə təyin olunur. Bu vəzifədə xidmət etdiyi müddətdə o, dövlət sərhədlərinin mühafizəsi sahəsində mühüm işlər görür, bir çox sərhəd bölgələrində ciddi-qayda qanun yaradılmasına nail olur. Verilən tapşırıqları vaxtında və dəqiq yerinə yertirdiyinə, döyüş hazırlğında əldə etdiyi yüksək naliyyətlərinə görə baş leytenant Əliyev Əmiraslan Rza oğlu hərbi hissə tərəfindən 8 oktyabr 1994-cü il tarixində Fəxri Fərmanla təltilf edilir.
1995-ci ildə, bir qrup cinayətkar dövlət çevrilişinə cəhd göstərdiyi zaman baş leytenant Əliyev Əmiraslan Rza oğluna məsuliyyətli vəzifə tapşırılır. O, 1995-ci il martın 17-də bu tapşırığı yerinə yetirərkən dövlətçiliyimizin qorunması yolunda canından keçdi.
Ailəli idi. Üç övladı var.
Azərbaycan Resbublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307-saylı fərmanı ilə Əliyev Əmiraslan Rza oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Naxçıvandakı Şəhidlər Xiyabanında dəfn olunub. “N” saylı sərhəd zastavasında qəhrəmanın “Xatirə otağı” açılıb, və büstü qoyulub. “N” saylı sərhəd məntəqəsinə Əliyev Əmiraslan Rza oğlunun adı verilib.











 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX