info@veten-ugrunda.az
 
ƏLIYEV ƏLƏKBƏR HƏSƏN oğlu
Tarix: 13-10-2015 16:19   |  Müəllif: vetenugrunda |  Baxılıb: 3085

ƏLIYEV ƏLƏKBƏR HƏSƏN oğlu
Azərbaycanın Milli Qəhrəmanı Əlıyev Ələkbər Həsən oğlu 22 dekabr 1955-ci ildə Qubadlı rayonunun İşıqlı kəndində dünyaya göz açıb. 1972-ci ildə Muradxanlı kənd orta məktəbini bitirib, Sumqayıt Politexnik Texnikumuna daxil olub. Təhsilini başa vurduqdan sonra iki il Sovet Ordusu sıralarında xidmət etmişdir. O, Vətənə döndükdən sonra Qubadlı rayon Kimya Birliyində çalışır. Bir müddət sonra doğulduğu kəndə qayıdır və kənd camaatının istəyi ilə sovxoz direktorunun müavini vəzifəsinə təyin edilir.
Erməni vandalizmi Ələkbər Əlıyevi bir an da olsun rahat buraxmırdı. O, hər an qaçqın həmvətənlərinin halına acıyır, onlara mənəvi dayaq olmağa çalışırdı. Ələkbər özünümüdafiə dəstəsi yaradaraq doğma torpağın müdafiəsinə qalxdı.O, döyüşlərdə əsl qəhrəman kimi vuruşurdu. İşğal altında olan Laçın torpaqlarının azad olunması Ələkbərin ən böyük arzusu idi. İgid döyüşçü Türklər, Səfiyan, Suarası kəndlərində gedən döyüşlərdə onlarla erməni yaraqlısını məhv etdi.
Laçın rayonunun Suarası kəndində ağır ölüm-dirim döyüşləri gedirdi. Ələkbər Əlıyev 7 avqust 1992-ci il tarixdə öz dəstəsi ilə həmin kəndə köməyə gedir. Burada mühasirəyə düşürlər. Ələkbər Əliyev öz əsgərlərini xilas etmək üçün əlbəyaxa döyüşə girir. Neçə-neçə erməni quldurunu məhv edən cəsur döyüşçü qəhrəmanlıqla həlak olur.
Evlidir. Dörd övladı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Ələkbər Həsən oğlu Əlıyevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.
Xətai rayonundakı 204 saylı orta məktəb onun adını daşıyır.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX