info@veten-ugrunda.az
 
ƏLİYEV EHTİRAM İSRAYIL oğlu
Tarix: 13-10-2015 16:17   |  Müəllif: vetenugrunda |  Baxılıb: 3752

ƏLİYEV EHTİRAM İSRAYIL oğlu
Əliyev Ehtiram İsrayıl oğlu 1972-ci il avqustun 1-də Ucar rayonunun Qazyan kəndində dünyaya gəlib. 1987-ci ildə burada səkkizinci sinifi bitirdikdən sonra Bakı Maşınqayırma Texnikumuna daxil olmuşdur. O, 1992-ci ildə texnikumu bitirmiş və Azərbaycan Silahlı Qüvvələri sıralarına çağırılmışdır. Ehtiram Əliyevin xidmət etdiyi hərbi hissəni Naxçıvan MR-na göndərmişdilər. O, Sədərəkdə, Batabat yaylağında erməni silahlı birləşmələrinə qarşı aparılan döyüş əməliyyatlarında yaxından iştirak edirdi. O vaxtlar Naxçıvanın sərhəd bölgələrində olduğu kimi Dağlıq Qarabağda da erməni işğalına qarşı mübarizə gündən-günə şiddətlənirdi. Elə buna görə də Ehtiram Əliyevin xidmət etdiyi hərbi hissə 1993-cü ilin iyul ayında Ağdama göndərildi. O, Ağdam, Füzuli, Cəbrayıl, Tərtər rayonlarında aparılan hərbi əməlıyyatlarda əsl rəşadət göstərdi.
1993-ü il... Avqustun 23-ü... Düşmən ağır texnika ilə Füzuli rayonunun Əhmədbəyli kəndinə hücuma keçir. Əsas strateji yüksəkliklər düşmənin əlində idi. Bu isə əməliyyatın gedişini xeyli çətinləşdirirdi. Buna baxmayaraq ordumuz əzmlə döyüşür, erməni yaraqlılarını geri çəkılməyə məcbur edirdi. Bu uğurlu əməliyyat bir neçə kəndin geri alınması ilə yadda qaldı.
1994-cü il... Yanvar ayının 5-i... Ordumuz əlavə qüvvə alaraq yenidən hücuma keçdi. Düşmən sarsılmışdı. İki gün davam edən bu ağır döyüşdə düşmən 45 km geriyə oturuldu. İgid döyüşçu kimi ad çıxaran Ehtiram Əliyev qəflətən yaralandı. Lakin o, yoldaşlarını tək buraxmadı, axıradək onlarla birlikdə olacağını bildirdi. Qısa müddət müalicə olunduaqdan sonra yenidən döyüş dostlarının yanına qayıtdı. 20 aprel 1994-cü ildə hərbi hissəni Tərtər bölgəsinə göndərdilər. Burada da döyüşlər ara vermirdi. Milli Ordunun əsgərləri düşmənə qarşı mətanətlə vuruşurdular.
Ehtiram Əliyev 1996-cı ilin avqust ayında ordudan tərxis olundu. 1997-1998-ci illərdə Bakının Sabunçu rayon Polis İdarəsində işlədi.
2000-ci ildə “ Təfəkkür ” Universitetində tələbəlik sevinci yaşadı. O, Nəqliyyat Nazirliyinin Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalında sərnişindaşınmanın təşkili şöbəsinin rəis müavini işləmişdi. Hazırda isə həmin şöbənin rəisi vəzifəsində öz işini ləyaqətlə davam etdirir.
O, gözəl ailə başçısıdır, iki övlad atasıdır.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Əliyev Ehtiram İsrayıl oğluna “ Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX