info@veten-ugrunda.az
 
Əhmədov Riad
Tarix: 13-10-2015 16:11   |  Müəllif: vetenugrunda |  Baxılıb: 2157

Əhmədov Riad
Əhmədov Riad Fikrət oğlu 1956-cı il dekabrın 20-də Bakı şəhərində anadan olub. Riadın ata və babası əslən Qərbi Azərbaycan mahalından olub. Sonradan paytaxt Bakıya pənah gətiriblər. Riad orta məktəbdə müəllimləri tərəfindən sevilən bir şagird idi. O, dərslərini əla qiymətlərlə oxuyardı. Oxumağa böyük həvəslə yanaşan Riad 1979-cu ildə Azərbaycan Dövlət Universtitetinin hüquq fakultəsini fərqlənmə diplomuyla bitirir. Riad tələbə olduğu zaman 1976-79-cu illər arasında o vaxtkı Azərbaycan SSSR Ədliyyə Nazirliyi yanında Məhkəmə Ekspertizası inistitutunda lobarant kimi çalışıb.
1979-80 ci illərdə isə həmin nazirliyin Qanun Layihələrini Hazırlanması və Qanunvericiliyin Sistemləşdirilməsi idarəsində məsləhətçi kimi fəaliyyət göstərir. 1981-ci ildə isə təhlükəsizlik orqanlarında fəaliyyətə başlayan Əhmədov 1982-ci ildə DTK-nın Miniskidəki Ali Məktəbində təhsil alır. Riad iş fəaliyyətində göstərdiyi canfəşanlıqların sayəsində 1992-ci ildə Azərbaycan Resbublikası Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə təyin edilir. Onun başçılıq etdiyi xüsusi kəşfiyyat dəstəsi Qarabağ uğrunda gedən döyüşlərdə düşmən ordusunun xeyli sayda canlı qüvvə və hərbi texnika ilə yanaşı, silah-sursatınıda məhv etmişdir.
1992-ci il yanvarın 26-da daha bir çətin döyüş tapşırığı alan Riad dəstədən 11 nəfər götürərək Şuşa-Laçın yolunun üstündə ən böyük maneə olan Daşaltı kəndinə yollanır. Vəziyyət gözləndiyində də ağır idi. Qüvvələrin qeyri-bərabər olduğu bu döyüşdə Riad itkin düşür.
Ailəli idi. İki qızı yadigar qalıb.
Bakı şəhərindəki 203 nömrəli tam orta məktəb qəhrəmanımızın adını daşıyır.Keçdiyi şərəfli döyüş yolunu canlandırmaq üçün Riad Əhmədovun adına “ İgidnamə” adlı sənədli filimdə çəkilib.
Azərbaycan Resbublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Hazırda 203 saylı orta məktəb onun adını daşıyır.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX